Bazar ertəsi , 20 May 2024

Digər ölkələr

Bayden İranın neft məhsullarının ixracını azaltmaq üçün yeni sənəd təqdim edib

ABŞ Prezidenti Cozef Bayden, İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft və neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar (qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktub-red) təqdim edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq …

Read More »

Hulusi Akar: “Ukraynadakı müharibənin ən qısa vaxtda dayanması üçün səylərimizi davam etdiririk”

“Rusiya ilə Ukrayna arasında müharibənin ən qısa vaxtda dayanması üçün səylərimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib. Nazir iki ölkə arasında başlanan müharibənin ilk günündən Türkiyənin soyuqqanlı davrandığını və balanslı siyasət yürütdüyünü xatırladıb: “Heç bir tərəf tutmaqdan söhbət gedə bilməz. Bizim …

Read More »

Yardımı dayandırsaq, Kiyev təslim olar – Borrell

Qərb Kiyevə hərbi yardımı dayandırarsa, Ukrayna bir neçə gün ərzində təslim olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. “Mən bilirəm müharibəni dərhal necə bitirmək olar. Ukraynaya hərbi yardımı dayandırıram və bir neçə günə təslim olur. Müharibə bitəcək, Ukrayna isə Belarus kimi azadlıqlarından məhrum edilmiş marionet ölkəyə çevriləcək. Buna görə də biz Ukraynaya yardıma davam etməliyik”, …

Read More »

441-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 441-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 420 təyyarəsi, 230 helikopteri, 4062 PUA-sı, 421 zenit-raket kompleksi, 9067 tank və digər zirehli texnikası, 1098 reaktiv yaylım atəş sistemi, 4780 artilleriya və minaatanı, 10103 xüsusi hərbi …

Read More »

Rusiyanın Kiyevə hücumunun məqsədi… – Jdanov

Rusiyanın mayın 9-da Kiyevə raket hücumu həyata keçirməsi Ukrayna ordusunun əks-hücum əməliyyatlarının qarşısını almaq məqsədi daşıyırdı. Boyukmillet.com xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Bundan əlavə, rusların kifayət qədər güc və vasitələri olsa, əks-hücumumuz başlamazdan əvvəl Kiyevə və Ukraynaya raket və “Şahid”lərlə zərbə endirə bilərlər. Bu zərbələr daimi və ya hər gün baş verə bilər. Onların məqsədi …

Read More »

Ankara və İrəvan arasında abidə qalmaqalı

“Nemezis” abidəsi məsələsi Ermənistan parlamentinin sədri Alen Simonyan və Türkiyə parlamentinin sədri Mustafa Şəntop arasında müzakirə mövzusu olub. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Babken Tunyan deyib. “Türkiyə tərəfi bildirib ki, ikitərəfli münasibətlərin normallaşdırılması fonunda Ermənistanda belə abidələrin necə açıldığı aydın deyil. Simonyan cavab verib ki, münasibətləri normallaşdırmaq istəyi varsa, belə hadisələr maneə ola …

Read More »

Rusiya səfiri Polşa XİN-ə çağırılıb

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib. Bildirilib ki, buna səbəb Qara dəniz üzərində Polşa təyyarəsi ilə bağlı yaranan insidentdir. Qeyd edək ki, bir neçə gün əvvəl, mayın 7-də Polşa təyyarəsi səmada Rusiya qırıcısı ilə üz-üzə gəlib. Texnikaların toqquşma təhlükəsi yaranıb. Nəticədə Polşa təyyarəsinin pilotu idarəetməni müvəqqəti olaraq itirib.

Read More »

Ukrayna NATO-ya mütləq üzv olacaq, amma…

“Ukrayna Alyansa qoşulacaq. Yeganə sual onun nə vaxt qoşulacağıdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Ukraynanın Alyansa üzv olacağına artıq şübhə etmir. “Bütün NATO müttəfiqləri Ukraynanın Alyansa üzv olacağına razıdır. Bütün müttəfiqlər razılaşırlar ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir”, – Stoltenberq bildirib. “Məsələ ondadır ki, Ukraynanın NATO-ya nə vaxt daxil olacağı barədə mən …

Read More »

Putindən Gürcüstanla bağlı mühüm qərarlar

Rusiya Gürcüstanla viza rejimini ləğv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Prezidentin digər sərəncamı ilə Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağalar da aradan qaldırılıb.

Read More »