Bazar , 19 May 2024

Digər ölkələr

Zelenski NATO Baş katibi ilə hansı məsələləri müzakirə etdiyini açıqlayıb

“Biz ilk növbədə silah tədarükü məsələsini müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, uzaqmənzilli müasir aviasiya, artilleriya və zirehli texnikaların tədarükünü ləngitmək olmaz: “Müvafiq qərarları təxirə salmaq sülh üçün vaxt itirmək deməkdir”. Qeyd edək ki, Y.Stoltenberq Kiyevdə səfərdədir.

Read More »

Ərdoğan Ramazan bayramı münasibətilə türk xalqını təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqını müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Bu il Ramazan ayını 6 fevral zəlzələləri nəticəsində çoxlu sayda həmvətənimizin həlak olmasının acısını yaşayaraq hüznlə qarşıladıq. Bir daha sayları 50 mindən çox olan zəlzələ və daşqın qurbanlarına Allahdan rəhmət, qohumlarına və yaxınlarına isə səbr diləyirəm”, …

Read More »

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov arzuolunmaz şəxs elan edilən və Moldovaya buraxılmayan Tatarıstan rəhbəri Rüstəm Minnixanovun təyyarəsinin eniş etdiyi Kişinyov hava limanında baş verən insidentdən sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, R.Minnixanov Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və “nalayiq davranış nümayiş etdirib”. …

Read More »

Ukraynalı nazir Türkiyənin “Togg” elektromobilindən razılığını ifadə edib

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilindən danışıb. Boyukmillet.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, minik avtomobilindən razılığını ifadə edib. Bildirilib ki, Kubrakov dünən Türkiyədə səfərdə olarkən Milli Müdafiə Nazirliyinə verilmiş “Togg”a əyləşib. O, yerli istehsal olan avtomobillə bağlı müsbət təəssüratlarını milli müdafiə naziri Hulusi Akarla bölüşüb. Qeyd edək ki, ukraynalı nazir dünən Türkiyənin …

Read More »

ABŞ “Bradley” zirehli döyüş maşınlarının ilk partiyasını Ukraynaya təhvil verib

ABŞ “Bradley” zirehli döyüş maşınlarının ilkin partiyasını Ukraynaya təhvil verib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, zirehli döyüş maşınlarının bir hissəsi artıq Ukraynaya çatıb. Lakin onların sayı göstərilməyib. Qeyd edək ki, ABŞ Ukraynaya 113 “Bradley” vəd edib.

Read More »

Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını təsdiqləyib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının aprelin 18-də keçirilmiş növbədənkənar sessiyasında maraqlı bəyanatla çıxış edib. O deyib: “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Ermənistan hökumətinin başçısı deyib: “Əlbəttə ki, sülh bizim mövqelərimizdən asılıdır. Mənim arzumdur ki, Azərbaycan ilə tezliklə sülh müqaviləsi imzalansın. Mən …

Read More »

Küveyt Ukraynanın enerji sektoruna yardım ayırıb

Küveyt hökuməti Ukrayna üçün güclü elektrik generatorlarının alınmasına 1 milyon dollar ayırıb. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bəyan edib. Qeyd olunub ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Küveytə səfər edib, səfər zamanı diplomatlar Ukraynaya yardımı müzakirə ediblər. Vurğulanıb ki, ərəb ölkəsi Ukraynanın müharibədən sonrakı bərpasına qoşulmaq imkanlarını da nəzərdən keçirir. Xarici işlər nazirinin …

Read More »

Yaponiyada 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxs saxlanılıb

Yaponiyada polis təxminən 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yaşlı sürücünü saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb. Hyoqo prefekturasının polisi 82 ​​yaşlı Toşiyuki İşibaşini təhlükəsizlik kəməri taxmadığına görə saxlayıb. Polis yaşlı kişidən sürücülük vəsiqəsini göstərməsini istəyəndə, onun yanında heç bir sənədin olmadığı məlum olub. Toşiyuki İşibaşi bildirib ki, o, 20 yaşında sürücülük vəsiqəsini …

Read More »

ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib

Amerika Birləşmiş Ştatları Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusundadır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi bildirib. O qeyd edib ki, Vaşinqton ən son silah sistemlərinin yoxlanılması üçün texnologiyaların hazırlanmasına başlayıb. Belə bir layihə, Hrubinin fikrincə, Rusiya və Çinlə strateji sabitlik üzrə dialoqun baş tutacağı təqdirdə ABŞ-ın mövqeyini gücləndirəcək. …

Read More »