Bazar , 19 Yanvar 2025

Digər ölkələr

Türkiyə hava məkanını İrəvan üçün niyə bağlayıb?

Xəbər verdiyimiz kimi, Türkiyə öz hava məkanını Ermənistanın “FlyOne Ermənistan” aviaşirkətinin üçüncü ölkələrə uçuşu üçün bağlayıb. Dünyanın 8-dən çox ölkəsinə uçuşlar həyata keçirən “FlyOne” şirkətinə məxsus təyyarələrin sərnişinləri Kişinyov, Moskva, Verona, Parma, Paris, London, Dublin, Lissabon istiqamətlərinə uçuşlardan mərhum olub. Maraqlıdır ki, az sonra Birləşmiş Ərəm Əmirliyi də erməni aviaşirkətinin öz ölkəsinə ucuşlarını məhdudlaşdırıb. Dubayın aviasiya xidməti laynerin Əl-Məktum hava …

Read More »

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət duması qərar qəbul edib. Qeyd edək ki, sözügedən müqavilə 1990-cı il noyabrın 16-da Fransanın paytaxtı Parisdə imzalanıb. Razılaşma Avropada adi silahların məhdudlaşdırılmasını nəzərdə tutur. Rusiya 1992-ci ildə bu sənədi ratifikasiya edib.

Read More »

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb. “Report”un ABŞ bürosu xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb. Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. ACMA-nın prezidenti Fərid Məmmədov “Report”a açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar …

Read More »

Rumıniyada hökumət xərcləri azaldılır

Rumıniyada dövlət xərclərinin azaldılması haqqında fərman qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Adrian Kiçiu Nazirlər Kabinetinin iclasından sonra bildirib. “Hökumətin bu tədbirləri dövlət pullarının daha düzgün, daha səmərəli xərclənməsinə yönəlib”, – “Agerpress” agentliyi nazirin sözlərindən sitat gətirib. Sənəddə, o cümlədən, hər bir nazirlik üzrə aylıq xərc limiti, səhiyyə və təhsil sahələri istisna olmaqla, əmlak və …

Read More »

Bayden İranın neft məhsullarının ixracını azaltmaq üçün yeni sənəd təqdim edib

ABŞ Prezidenti Cozef Bayden, İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft və neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar (qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktub-red) təqdim edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq …

Read More »

Hulusi Akar: “Ukraynadakı müharibənin ən qısa vaxtda dayanması üçün səylərimizi davam etdiririk”

“Rusiya ilə Ukrayna arasında müharibənin ən qısa vaxtda dayanması üçün səylərimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib. Nazir iki ölkə arasında başlanan müharibənin ilk günündən Türkiyənin soyuqqanlı davrandığını və balanslı siyasət yürütdüyünü xatırladıb: “Heç bir tərəf tutmaqdan söhbət gedə bilməz. Bizim …

Read More »

Yardımı dayandırsaq, Kiyev təslim olar – Borrell

Qərb Kiyevə hərbi yardımı dayandırarsa, Ukrayna bir neçə gün ərzində təslim olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. “Mən bilirəm müharibəni dərhal necə bitirmək olar. Ukraynaya hərbi yardımı dayandırıram və bir neçə günə təslim olur. Müharibə bitəcək, Ukrayna isə Belarus kimi azadlıqlarından məhrum edilmiş marionet ölkəyə çevriləcək. Buna görə də biz Ukraynaya yardıma davam etməliyik”, …

Read More »

441-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 441-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 420 təyyarəsi, 230 helikopteri, 4062 PUA-sı, 421 zenit-raket kompleksi, 9067 tank və digər zirehli texnikası, 1098 reaktiv yaylım atəş sistemi, 4780 artilleriya və minaatanı, 10103 xüsusi hərbi …

Read More »

Rusiyanın Kiyevə hücumunun məqsədi… – Jdanov

Rusiyanın mayın 9-da Kiyevə raket hücumu həyata keçirməsi Ukrayna ordusunun əks-hücum əməliyyatlarının qarşısını almaq məqsədi daşıyırdı. Boyukmillet.com xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Bundan əlavə, rusların kifayət qədər güc və vasitələri olsa, əks-hücumumuz başlamazdan əvvəl Kiyevə və Ukraynaya raket və “Şahid”lərlə zərbə endirə bilərlər. Bu zərbələr daimi və ya hər gün baş verə bilər. Onların məqsədi …

Read More »