Almaniya otüstü xokkey komandası 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında verilən qidaların keyfiyyətindən və kəmiyyətindən narazıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə DPA xəbər agentliyi yazır. “Yemək, yumşaq desək, fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda yemək məntəqəsi var. Yeməklərin keyfiyyəti isə o qədər də yaxşı deyil”, – deyə almaniyalı oyunçu Kristofer Ruhr bildirib.
Read More »Mossad rəhbəri Qəzza danışıqları üçün Romaya gedib
İsrail kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea Romaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Qendelman məlumat verib. O, Romada ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Misirin Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamel və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək. Görüşdə Qəzza zolağında atəşkəs və girovların …
Read More »Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib. Daha sonra Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib. Bildirilib ki, Məsud Pezeşkian …
Read More »Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər
Amerika Birləşmiş Ştatları regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yarada bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq razılaşmaya dair maddə tərəflərin Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatında yer ala bilər. Yeni struktur …
Read More »Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb
Malidə yaraqlıların pusqusu nəticəsində “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin varisi “Lotus” ləqəbli Anton Elizarov əsir düşüb. Boyukmilllet.com xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin öz teleqram kanalında məlumat verib. “Yaraqlılar qum fırtınası zamanı hücuma keçərək taktiki sürprizə nail olublar. Həmçinin xeyli sayda hökumət əsgəri və bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb. Əsirlər arasında məşhur “Lotus” da var …
Read More »İsrail gəmisi “Hizbullah”a məxsus kəşfiyyat PUA-sını raketlə vurub
“Hizbullah” silahlı milislərinin pilotsuz uçuş aparatı (PUA) Aralıq dənizi üzərində İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin atdığı raketlə vurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.Məlumata görə, PUA İsrailin eksklüziv iqtisadi zonasının üstündəki hava məkanına daxil olub və dənizdəki “Kariş” yatağının ərazisindəki qaz platformasına doğru irəliləyib.Telekanal qeyd edir ki, vurulan PUA kəşfiyyat xarakterli olub və hədəfi vurmaq …
Read More »Abxaziya qanun layihəsinə etirazlar fonunda
Abxazlar rus alıcılar üçün şərait yaradacaq qanuna qarşı çıxıblar Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziya daşınmaz əmlak bazarını rus alıcılar üçün aça biləcək mübahisəli qanunvericiliyi ləğv edib. Cümə axşamı “parlamentin sədri” Laşa Aşuba qanun layihəsinin təşəbbüskarı olan dörd deputatın tələbi ilə layihənin geri götürülməsi barədə sənədi imzalayıb. Dörd nəfərdən heç biri bu barədə ictimaiyyətə açıqlama verməyib. “OC Media” yazır ki, artan ictimai …
Read More »Kamala Harris Netanyahuya atəşkəs sazişinin əldə edilməsinə görə təzyiq edib
“Bu müharibənin bitməsinin vaxtıdır” ABŞ-nin vitse-prezidenti Kamala Harris İsrailin Baş naziri Benyamin Netanyahuya fələstinli mülki əhalinin əzablarını yüngülləşdirmək üçün Qəzzada atəşkəs sazişinin əldə edilməsinə görə təzyiq edib. Harris Netanyahu ilə üz-üzə danışdıqdan sonra televiziyaya verdiyi açıqlamada “Bu müharibənin bitməsinin vaxtıdır”, – deyib. “Biz özümüzü əzablara laqeyd olmağa icazə verə bilmərik və mən susmayacağam”, – Harris bildirib. Analitiklər bu məsələ ilə bağlı ABŞ-nin …
Read More »Moskvada amerikalı jurnalist Kurmaşeva altı il yarım həbs edilib
Stiven Kapus Kurmaşevanın jurnalistin mühakimə olunmasını “ədalətə istehza” adlandırıb Rusiya məhkəməsi ABŞ tərəfindən maliyyələşdirilən Azad Avropa/Azadlıq Radiosunun (Azadlıq Radiosu) rusəsilli amerikalı jurnalisti Alsu Kurmaşevanı Rusiya ordusu haqqında yalan məlumat yaydığı iddiası ilə 6,5 il azadlıqdan məhrum edib. Kazan Şəhər Məhkəməsinin sözçüsü bildirib ki, Kurmaşevaya iki günlük məhkəmə proseslərindən sonra hökm oxunub. Jurnalistin vəkili “Reuters”in qərardan şikayət edib-etməyəcəkləri ilə bağlı sualına dərhal cavab …
Read More »Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri “rəhbər” şəxsdir
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb. Onlardan birinin – “Sevkan Çele” kod adlı Yusuf Kalkanın “rəhbər” şəxs olduğu, “Silahlı terror təşkilatına üzv olmaq” və “Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
