BMT-nin Baş katibi Antoniu Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. “Baş katib İran və Pakistan arasında son hücumlarından son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır. Quterreş əmindir ki, …
Read More »Yaponiyada inflyasiya səviyyəsi son 41 ildə ən yüksək həddə çatıb
Yaponiyada 2023-cü ildə əsas istehlak inflyasiyası 3,1% təşkil edib. Boyukmillet.com xəbər verir ki, bunu Yaponiya İnzibati İşlər və Rabitə Nazirliyinin dərc etdiyi statistik məlumatlar sübut edir. Bildirilib ki, bu, 1982-ci ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir. 2022-ci ildə inflyasiya 2,3% təşkil edib. Ölkədə qiymət artımının əsas göstəricisi yanacağın maya dəyərini əhatə edir, lakin tez xarab olan malların qiymətləri …
Read More »SEPAH polkovniki Pakistan sərhədi yaxınlığında silahlı hücumda həlak olub
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Hüseynəli Cavidanfər Pakistanla sərhədə yaxın ərazidə silahlıların hücumu nəticəsində həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Məlumata görə, polkovnik silahlılar tərəfindən güllələnib. İRNA həmçinin bildirib ki, hücumu törədənlərin müəyyən edilməsi üçün tədbirlər görülür.
Read More »ÜST növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib: “Hazırlaşmağın vaxtıdır”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb. “Növbəti pandemiyaya hazırlaşmağın vaxtı indidir, xəstəlik başlayanda deyil”, – o bildirib.
Read More »Bolqarıstan 5 min NATO hərbçisinin yerləşdirilməsi üçün infrastruktur yaradacaq
Bolqarıstan 5 min nəfərə qədər çoxmillətli döyüş qrupunu yerləşdirmək üçün infrastruktur yaradacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Todor Taqarev məlumat verib. “NATO-nun şərq cinahı ölkələrindəki bütün döyüş qruplarının təxminən 5 min hərbçiyə qədər artırılması planlaşdırılır. Doğrudur, hazırda bununla bağlı dəqiq qrafikimiz yoxdur. Lakin buna şərait yaratmağa hazır olmalıyıq”, – o qeyd edib. Onun sözlərinə görə, ABŞ …
Read More »Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon (Şərq) dənizi istiqamətində ballistik raket buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bu, Şimali Koreyanın cari ildə ilk raket sınağıdır. Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ötən həftə Yonhap agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket …
Read More »ABŞ husilərin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib
ABŞ Yəmən husilərinin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib. “Biz bunu (ismarış – Qeyd) xüsusi olaraq çatdırdıq və əminik ki, onlar hərtərəfli hazırlanıblar”-deyə, o bildirib. Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat …
Read More »BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb
BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb. “Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun xarici işlər naziri Kristof Lutundula Apala deyib. Onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir. BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq. Artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. …
Read More »ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib
ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Təfərrüatlar açıqlanmır. Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. “Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik”, – …
Read More »İsrail Livanda xüsusi əməliyyat keçirib, Hizbullah komandiri öldürülüb
İsrail Hizbullah qruplaşmasının komandirlərindən biri olan Nəbeh əl-Qədrini məhv edib. Boyukmillet.com xəbər verir ki, o, Livanda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. Məlumata görə, İsrail ordusu Nəbeh əl-Qədrinin yaşadığı evə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib. Hücum zamanı Hizbullahın daha bir üzvü yaralanıb. Qeyd edək ki, yanvarın 10-da da Hizbullahın komandiri məhv edilmişdi.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
