Bazar , 19 Yanvar 2025

Digər ölkələr

Aİ və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır

Avropa İttifaqı və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib. Lyayen qeyd edib ki, Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının qoşulduğu bu maliyyə tranşının 250 milyon avrosu Avropa İttifaqı tərəfindən ayırılacaq. O, vurğulayıb ki, bu pullar, xüsusən də …

Read More »

Zelenski: “Xüsusi təyinatlılarımız artıq Xersondadır”

“Bizim xüsusi təyinatlılar artıq Xersondadır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Bu gün tarixi gündür. Biz Xersona qayıdırıq. Hazırda müdafiəçilərimiz şəhərin kənarındadır, hələ çox az qalıb və daxil olmağa başlayırıq. Xerson sakinləri gözləyiblər”, – dövlət başçısı vurğulayıb.

Read More »

Gələn həftə 50-yə yaxın ölkənin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək

Gələn həftə 50-yə yaxın ölkənin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək. Boyukmillet.com  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib. O deyib ki, Birləşmiş Ştatlar gələn həftə Ukraynaya hərbi yardımın göstərilməsini əlaqələndirən Qərb ölkələri tərəfindən yaradılan qrupun növbəti iclasını keçirmək niyyətindədir. Ukraynaya hərbi yardım üzrə təmas qrupunun sayca yeddinci iclasında Ukraynanın suverenliyini qorumaq …

Read More »

Pentaqon: “Rusiya döyüş tanklarının yarısını itirib”

“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib. O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”. K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur. Qeyd …

Read More »

Putinin sözləri Makronu qorxudub

Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Emmanuel Makronla telefon danışığında ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə zərbələr endirməsini xatırlatması Qərb liderlərini təşvişə salıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, Putin Makronla söhbətində 1945-ci ildə Yaponiyanın təslim olmasına səbəb olan partlayışların böyük şəhərlərə hücum etmədən qələbənin mümkünlüyünü göstərdiyi …

Read More »

Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Polşada Vişeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) “PUMA-2022” təlimləri başlayıb.. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli PAP agentliyi məlumat yayıb. Təlimlərə ABŞ və Böyük Britaniya hərbçiləri də qatılıb. Manevrlərin məqsədi müttəfiq qüvvələrin taktiki tədbirlərin planlaşdırılması, təşkili və keçirilməsidir. Təlimlərdə 2 minə yaxın zirehli heyət, artilleriyaçı, istehkamçı, kimyaçı və 300-ə yaxın texnika iştirak edir. Qeyd olunur ki, …

Read More »

BMT-nin İqlim Konfransı öz işinə başlayıb

Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, iclas zamanı BMT Konfransına sədrlik əvvəlki sammitin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil veriləcək. Sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edəcək. Tədbir noyabrın 18-dək davam edəcək. …

Read More »

NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib

“Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Ukraynadakı savaşı Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər”.

Read More »