Cümə axşamı , 19 Fevral 2026

Digər ölkələr

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib 

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb. Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 …

Read More »

Somali sahillərində gəmi qaçırılıb

Liberiya bayrağı altında üzən yük gəmisi MV Lila Norfolk Somali sahillərində qaçırılıb. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə hərbi təyyarə göndərilib. Bildirilib ki, Somali sahillərində qaçırılan Liberiya bayraqlı gəminin göyərtəsində 15 hindistanlı ekipaj üzvü var. Gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinin təyyarələri tərəfindən izlənilir, ekipajla əlaqə qurulub. Hindistan Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yük gəmisinin ekipajı Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin …

Read More »

Almaniya Ukraynaya 10 zirehli texnika və döyüş sursatları göndərib

Almaniya Ukraynaya 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatları göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Almaniyadan gələn yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatları daxildir. Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə …

Read More »

Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib

Rusiya prezidenti Vladimir Putin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com Rusiya KİV-ə istinadən xəbər verir ki, fərmanda Şimal Hərbi Dairəsinin tərkibində hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbi vətəndaşlar Rusiya vətəndaşlığı üçün müraciət edə bilələcəyi qeyd olunub.

Read More »

Türkiyə ordusu terrorçuların istifadə etdiyi 8 qatlı mağara aşkarlayıb

Türkiyənin Bingöl vilayətində həyata keçirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağara aşkar edilib. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, mağarada aparılan axtarışlar zamanı 17 ədəd istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, 4 ədəd güllə darağı, 250 ədəd akkumulyator, 14 ədəd çəllək, müxtəlif həyat və sağlamlıq ləvazimatları, qazma alətləri, mətbəx sobası və benzin ələ keçirilib. Əməliyyat zamanı …

Read More »

ABŞ İrana xəbərdarlıq edib, BMT TŞ-ni təcili hərəkət etməyə çağırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili hərəkət etməyə çağırıb. Boyukmillet.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: “Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına …

Read More »

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

“İraqın İslami Müqaviməti” silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı “Ət-Tanf” bazasına hücum etdiyini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə TASS hərəkatın sosial şəbəkələrinə istinadən xəbər verir. Açıqlamaya görə, ABŞ-ın Suriyadakı hədəflərinə hücum İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir. Hansı zərbənin vurulduğu məlum deyil. “Ət-Tanf” bazası Suriyanın cənub-şərqindəki …

Read More »

Avropa Parlamentinin üzvü NATO-nun məhv edilməsinin zəruriliyini izah edib

Avropa NATO və onun hərbi maşını olmadan daha yaxşı olacaq. Boyukmillet.com-un xarici mətbuata istinadən məlumatına görə, bunu Avropa Parlamentinin (AP) İrlandiyadan olan üzvü Mik Uolles deyib. “Avropa NATO-nun hərbi maşını olmayanda daha yaxşı vəziyyətdə olacaq, onun Aİ və ya başqa yerlərin vətəndaşlarına təklif edəcəyi heç nə yoxdur”, – o, “X” sosial şəbəkəsində yazıb. Uolles ritorik olaraq soruşub ki, nə üçün …

Read More »

İsrail HƏMAS-ın Beyrutdakı qərargahına zərbələr endirib, ölənlər var

İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına pilotsuz uçuş aparatları ilə deyil, döyüş təyyarələri ilə hücum edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə TASS təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir. Qeyd edilir ki, bu, Livan hakimiyyətinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib. Hücum paytaxtın cənub kənarındakı Müşərrəfiyyə yaşayış məntəqəsində baş verib. Altı raket atılıb, onlardan ikisi partlamayıb. Mənbə bildirib ki, ekspertlər raketlərin …

Read More »

ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışı imkanlarını açıqlayıb

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO üzvlüyünü və F-16 təyyarələrinin Türkiyəyə satış prosesini qiymətləndirib. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Miller İsveçlə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Böyük Millət Məclisində qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib. O, qeyd edib ki, F-16-ların satışı və İsveçin NATO-ya …

Read More »