Cümə , 20 Fevral 2026

Digər ölkələr

Tokayev yenidən prezidentliyə namizəd olmaq niyyəti ilə bağlı yayılan xəbərləri təkzib edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin prezident seçkilərində yenidən iştirak etmək üçün 2026-cı ildə Konstitusiyaya dair referendum keçirmək niyyəti ilə bağlı bəyanatları dezinformasiya adlandırıb. Boyukmillet.com “Kazinform”a istinadən xəbər verir ki, bunu Tokayev “Egemen Qazaqstan” qəzetinə müsahibəsində deyib. “Bu dezinformasiyadır. Əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına əlavələr edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklərin …

Read More »

Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna gəmi əleyhinə iki ballistik raket atıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb. “İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib”, – paylaşımda qeyd …

Read More »

İsrail ordusu HƏMAS-ın 12 batalyonunu məhv edib

İsrail ordusu Qəzza zolağının şimalında radikal HƏMAS hərəkatının 12 batalyonunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yoav Qalant Fələstin anklavına səfəri zamanı bildirib. “Qəzzə zolağının şimalında biz 12 HƏMAS batalyonunu məhv etdik. Bu ərazidə olan 15 min və ya 18 min terrorçudan …

Read More »

BMT TŞ-nin yeni müvəqqəti üzv ölkələrinin fəaliyyətləri başlayıb

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzv ölkələrinin fəaliyyətləri başlayıb. “Report”un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında baş tutmuş mərasimdə yeni üzv ölkələrin daimi nümayəndələrinin iştirakı ilə ölkələrin bayraqları BMT TŞ-nin ərazisində yerləşdirilib. Belə ki, Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirliklərinin mandatı başa çatdıqdan sonra BMT Baş Assambleyasında səsvermə yolu ilə seçilmiş yeni üzvlər – Əlcəzair, Qayana, …

Read More »

ABŞ-də ermənipərəst senator Menendes Qətərə casusluqda ittiham olunub

Qızğın ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə casusluqda ittiham olunub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc olunan sənədlərdə deyilir. Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi …

Read More »

Qırmızı dənizdə ABŞ və husilər arasında şiddətli toqquşmalar baş verib

Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər arasında döyüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Yəməndəki mənbələrə istinadən Sky News Arabia telekanalı məlumat yayıb. Belə ki, Qırmızı dənizdə husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib. Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail …

Read More »

Norveç Ukraynaya birbaşa silah və müdafiə məhsullarının satışına icazə verib

Norveç hökuməti ölkə şirkətlərinə yanvarın 1-dən Ukraynaya birbaşa silah və müdafiə məhsulları ixrac etməyə icazə verib. Boyukmillet.com  xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan bəyanatda deyilir. Norveçin Ukraynaya dəstəyi 4 istiqamət üzrə həyata keçirilir: öz ehtiyatlarından vəsaitin ayrılması, beynəlxalq əməkdaşlıq mexanizmləri və fondlar vasitəsilə maliyyə təminatı, müdafiə sənayesindən yardım və Ukrayna hərbçilərinin hazırlanması. Artıq Norveç şirkətləri Kiyevə birbaşa …

Read More »

BMT şəhərlərə hücum etməməyə çağırıb

BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorodla bağlı keçirilən iclasında münaqişə tərəflərini insanların məskunlaşdığı ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb. Bu barədə Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir. “Biz həm Ukraynada, həm də Rusiyada şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik”, – deyə o bildirib. Hiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar …

Read More »

Qırmızı dənizdə “Maersk” şirkətinin konteyner gəmisi raketlə vurulub

Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə dəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, Sinqapur bayrağı altında üzən gəmi yardım istəyib, bundan sonra “Gravely” və “Laboon” esminesləri ona doğru hərəkət edib. Komandanlıq bildirib ki, “Gravely” esminesi gəmiyə gedərkən Yəmənin husi üsyançılarının nəzarəti altında olan …

Read More »

Serbiya Çin və Rusiya ilə münasibətlərini qoruyaraq Avropaya doğru irəliləməyi planlaşdırır

“Serbiya Çin və Rusiya ilə ənənəvi dostluq münasibətlərini qoruyaraq Avropa İttifaqına doğru yolunu davam etdirəcək və heç bir üçüncü tərəfi qane etmək üçün sanksiyalar tətbiq etmək fikrində deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. Onun sözlərinə görə, Serbiya öz qərarlarını müstəqil qəbul edəcək azad və müstəqil dövlət olaraq qalacaq: “Avropada Serbiyanı bu yoldan çıxaranların çox olmasına baxmayaraq, …

Read More »