Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb. İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu telefon danışıqlarında Türkiyənin dövlət başçısı Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində …
Read More »İranda 3 məhkum edam edildi
İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Edam edilən şəxslərin narkotik maddələrin alverində günahlandırıldığı bildirilir. Bununla yanaşı, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində də 3 məhkumun edam hökmü təsdiq edilib. Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam edilib.
Read More »Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ərdoğanı təbrik etdi
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. “Dünya demokratiyasına nümunə olacaq şəkildə, xalqın böyük iştirakı ilə demokratik şəraitdə keçirilən seçkidə xalqın azad iradəsi ilə Türkiyə Respublikasının 13-cü prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizin rəhbərliyi ilə Türkiyə əsrinin Türkiyə dövləti və türk milləti üçün …
Read More »Latviyanın yeni prezidenti seçilib
Latviya parlamenti Edqars Rinkeviçi ölkə prezidenti seçib. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. O, indiyədək xarici işlər naziri vəzifəsində çalışırdı.
Read More »Putinlə Ərdoğan nə zaman görüşəcək? – Peskov
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın gələcəkdə ikitərəfli görüş keçirəcəklər. Boyukmillet.com xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “İki prezidentin cədvəlini nəzərə alaraq görüş barədə razılığa gəlinəcək. Biz belə bir görüşə artıq hazırlaşırıq”, – Peskov bildirib.
Read More »İran məhkəmə sisteminin başçısı: “Edam hökmlərinin hamısı icra olunacaq”
“Edam hökmlərinin hamısı icra olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejeyi bildirib. O, Tehranda çıxışı zamanı deyib ki, əməlləri və cinayətlərinə görə qanuna uyğun olaraq edam edilməli olanlar vicdan əzabı çəkmədən, təbii ki, tam hüquq normalarına, insaf və ədalətə uyğun olaraq cəzaları icra edilib və ya icra olunacaq. Qeyd edək ki, edam heç də həmişə …
Read More »Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, nəticələri mayın 30-da ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener elan edib. Onun sözlərinə görə, hakim Ədalət və İnkiişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ …
Read More »Volodimir Zelenski: “Putin 2 il ərzində mənimlə dialoqdan yayınıb”
“Rusiya Prezidenti Vladimir Putin iki il ərzində mənimlə dialoqdan yayınıb və hətta o, telefon danışıqlarına da yaxın durmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Koreyanın “Chosun İlbo” nəşrinə müsahibəsində deyib. O bildirib ki, bundan sonra danışıqlar yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasından sonra mümkün olacaq. V.Zelenski V.Putinin Ukraynanı ələ keçirmək və Ukrayna dövlətçiliyini məhv etmək istəyi olduğunu …
Read More »Türkiyə konstitusiyası dəyişdirilə bilər
“Konstitusiyanın dəyişdirilməsi mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib. O bildirib ki, konstitusiyanın dəyişikliyi ilə bağlı müxalifətlə müzakirələri davam etdirirlər: “Müxalifətin fikirlərini öyrənirik. Dediyim kimi, işlərimiz davam edir. Layihələr təklif edildikdən və ortaq məxrəcə gəldikdən sonra bu, mümkündür”. F.Oktayın sözlərinə görə, konstitusiya dəyişikliyinin 2023-cü ildə həyata keçirilməsi istisna deyil. Vitse-prezident bildirib ki, bundan …
Read More »Kreml Moskvaya hücumla bağlı açıqlama verib: “Putin bu barədə danışmayacaq”
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı açıqlama verib. Boyukmillet.com xəbər verir ki, o, hücumla bağlı hansısa planın gündəlikdə olmadığını söyləyib. Kremlin sözçüsü həmçinin Prezident Vladimir Putinin bu barədə danışmayacağını vurğulayıb. D.Peskov hücum nəticəsində itkilərin və şəhər sakinləri üçün heç bir təhlükənin olmadığını bildirib. Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
