Cümə axşamı , 19 Fevral 2026

Digər ölkələr

İranlı qadın Quranı təhqir etdi

İranlı rəssam Firuzə Bəzrəfkən İranın Danimarkadakı səfirliyi qarşısında Qurani-Kərimi parçalayaraq sürtgəcdən keçirib. Boyukmillet.com xəbər verir ki, qadının bu hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub. Firuzə Bəzrəfkənin sözlərinə görə, onun məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz edərək qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub. O, İran rejiminin sərt tədbirlərinin tək səbəbi kimi “Qurani-Kərim”in qadınlarla bağlı olan hicab qanunlarını göstərib.

Read More »

İranlı jurnalistlər ölkəyə qayıtmaqdan imtina etdilər

İranın Avstraliyada keçirilən idman turnirinə ezam etdiyi jurnalistləri bu ölkədən sığınacaq istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, “İran idmanı” qəzetinin redaksiya heyətinin üzvü, “İran” qəzetinin idman şöbəsinin katibi Səid Zahidian və “İran” qəzetinin fotoqrafı Nəim Əhmədi İrana qayıtmaqdan imtina ediblər.

Read More »

Rusiyada şok olay: ermənilər iki vaqnerçini öldürdü

Rusiyanın Tuapse bölgəsində ermənilər özbaşınalıq ediblər. Boyukmillet.com xəbər verir ki, hadisə avqustun 5-i gecə saatlarında qeydə alınıb. Məlumata görə, ermənilər Rusiya vətəndaşlarına hücum ediblər. Hücum zamanı keçmiş vaqnerçilər olan üç nəfər vəhşicəsinə döyülüb. Onlardan 21 yaşlı gənc qaçmağı bacardığı üçün xəstəxanaya yerləşdirilib, digər iki nəfər hadisə zamanı həlak olublar. Faktla bağlı Karen Ustyan, Vartan Tulumcyan, Albert Ekzaryan və Artyom Turkmenyan adlı …

Read More »

Ukraynalı keçmiş deputat cəbhədə həlak oldu

Uktaynalı keçmiş deputat Sergey Slabenko Zaporojye istiqamətində gedən döyüşlərdə həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasından məlumat verilib. “Sergeyi evdə həyat yoldaşı və uşaqları gözləyirdi. Ali Rada rəhbərliyi, Ukrayna xalq deputatları, rəhbərlik onun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda bildirilib. Qeyd edək ki, Sergey Slabenko 2002-2006-cı illərdə deputat olub.

Read More »

Tacikistanda yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var

Tacikistanın Xatlon vilayətində yerləşən Kulyab şəhərində yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Respublika Prezidenti yanında Fövqəladə Hallar Komitəsindən bildirilib. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb əyləclərin sıradan çıxması olub.

Read More »

Almaniya XİN rəhbəri: “Ciddə sammiti Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”

“Ciddədə keçirilən sammit Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild” nəşrinə müsahibəsində bildirib. “Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana …

Read More »

Avstraliyada baş verən yanğında 6 nəfər ölüb

Avstraliyanın Kvinslend ştatının Rassel adasında yaşayış evində baş verən yanğın nəticəsində itkin düşdüyü güman edilən altı nəfərin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kvinslend polisi açıqlama yayıb. Polis itkin düşənlər arasında 34 yaşlı kişi və beş oğlan uşağının olduğunu bildirib. Bununla yanaşı, iki qadın evdən çıxa bilib və xəstəxanaya aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Yanğın evi sıradan çıxarıb …

Read More »

Ukrayna öz vətəndaşları üçün Rusiya ilə sərhəddə keçid məntəqəsi açıb

Ukrayna Rusiya ilə sərhəddə müharibə başlayandan bağlı olan Kolotilovka-Pokrovka sərhəd-keçid məntəqəsini açıb. Boyukmillet.com xəbər verir ki, bu marşrutla ukraynalılar Sumı vilayətindən keçməklə Ukraynanın nəzarət edilən ərazisinə qayıda biləcəklər. “Dünəndən etibarən Belqorod və Sumı vilayətlərinin sərhədindəki keçid məntəqəsi yenidən öz işini bərpa edib”, – Reinteqrasiya Nazirliyinin mətbuat xidməti bildirib. Sərhəddə Ukrayna hakimiyyəti könüllü humanitar mərkəzin işini təşkil edib. Orada bütün ukraynalılar …

Read More »

Pekində yüksək təhlükə səviyyəsi elan edildi

Çin paytaxtının hakimiyyət orqanları şəhərin bəzi rayonlarında təbii fəlakət riski ilə bağlı yüksək (“qırmızı”) təhlükə səviyyəsi elan edib. Həmin rayonlarda torpaq sürüşmələri və çökmə riski mövcuddur. Boyukmillet.com xəbər verir ki, Pekin meteorologiya idarəsinin Veibo sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi məlumata görə, avqustun 6-sı günortayadək qüvvədə qalacaq xəbərdarlıq ilk növbədə paytaxtın daha çox yağıntı düşmüş qərb və şimal rayonlarına şamil edilir. Bundan başqa, …

Read More »

Tacikistan hərbçiləri Belarusda təlim keçəcəklər

“Tacikistan hərbçiləri Belarusun hərbi təhsil müəssisələrində təlim keçəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib. Qeyd edilib ki, Tacikistan Müdafiə Nazirliyinin nümayəndələri iyulun 31-dən avqustun 4-dək Belarusdakı hərbi təhsil müəssisələri ilə tanış olmaq üçün səfərdə olublar. V.Revenkonun sözlərinə görə, səfərin nəticələrinə əsasən Belarusda tacikistanlı hərbçilərə təlim keçirilməsinə dair razılıq əldə olunub.

Read More »