Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Çin ABŞ-dən Tayvana silah satışını dayandırmağı tələb edib

ABŞ Tayvana silah satışı məsələsinin bütün təhlükəsini anlamalı və Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalıdır. Boyukmillet.com-məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan mətbuat konfransı zamanı bildirib. 19-21 oktyabr tarixlərində Merilend ştatında Tayvan və ABŞ nümayəndələrinin üç günlük illik konfransı keçirilib, burada birgə silah inkişafı və istehsalı, müdafiə texnikasının çatdırılmasının sürətləndirilməsi məsələləri müzakirə edilib. “ABŞ Tayvana …

Read More »

Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın tariflərin azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə o, “Truth Social”da müvafiq məqalə dərc edib. “Cənubi Koreya tarifləri azaltmaq müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Bundan başqa, onlar bizim böyük həcmdə neft və qazımızı almağa razılaşıblar. Cənubi Koreyanın zəngin şirkətləri və sahibkarları tərəfindən ölkəmizə sərmayə qoyuluşu 600 milyard …

Read More »

ABŞ Senatı Kanadaya tətbiq edilən tarif artımlarını ləğv edib

ABŞ Senatı Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tarifləri bloklamaq məqsədi daşıyan ikipartiyalı qətnaməni dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb. Məlumata görə, 50 senator qətnamənin “lehinə”, 46 senator “əleyhinə” səs verib. Senat dünən də Braziliya üçün tariflərlə bağlı oxşar qətnamə qəbul edib. Senatdakı Demokratların sabah qlobal tarifləri aradan qaldırmaq və Konqresin ticarət üzərində səlahiyyətlərini …

Read More »

Qazaxıstan–Rusiya sərhədində yük daşıma böhranı: 10 minə yaxın rus yük maşını dayanıb

Artıq bir aydan çoxdur ki, Qazaxıstanla Rusiya sərhədində nəqliyyat kollapsı davam edir. Sərhəd-keçid məntəqələrinin yaxınlığında Çindən və Mərkəzi Asiya ölkələrindən gələn mallarla dolu təxminən 10 min rus yük maşını növbədə dayanıb. Boyukmillet.com xəbər verir ki, buna səbəb Qazaxıstan hökumətinin “boz idxal” və Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsi üçün gömrük yoxlamalarını sərtləşdirməsi olub. Hazırda keçid məntəqələrində avtomobillər daşıdıqları malların bəyannamələrə uyğunluğu …

Read More »

Polşa Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib

Polşa qırıcıları ötən gün Baltik dənizi üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat missiyası həyata keçirən Rusiya təyyarəsini ələ keçirib. Boyukmillet.com-un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından bildirilib. Məlumata görə, Rusiyaya məxsus “İl-20” təyyarəsi uçuş planı təqdim etmədən və transponderi söndürülmüş vəziyyətdə kəşfiyyat missiyası həyata keçirirdi. “Təyyarə Polşanın hava məkanını pozmayıb”, – komandanlıq vurğulayıb.

Read More »

Azərbaycan və bir sıra müsəlman ölkələri Qəzzaya beynəlxalq qüvvə göndərməkdən imtina etdilər — İsrail diplomatik təcridə doğru gedir

Boyukmillet.com xəbər verir ki, Israel Hayom nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya, İordaniya və Mərakeş daxil olmaqla bir neçə ölkə Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planında iştirakdan imtina edib. Məlumata görə, bu qərar HƏMAS-ın hələ də silahlı strukturlarını qoruması və bölgədəki qeyri-müəyyən vəziyyətlə bağlı qəbul edilib. İsrailin təhlükəsizlik qurumlarından sızan məlumatlara əsasən, HƏMAS silahlıları ilə eyni ərazidə fəaliyyət göstərəcək istənilən beynəlxalq …

Read More »

Estoniya hərbi Şengen yaradılmasını təklif edir

Estoniyanın müdafiə naziri Hanno Pevkur hesab edir ki, Avropa İttifaqı ölkədən-ölkəyə silahların sürətli daşınmasını təmin edəcək “hərbi Şengen” sistemi yaratmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə o, İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib. “Müdafiə planlaşdırılması və hərbi planlaşdırma NATO-nun vəzifəsidir. Bizə elə bir “hərbi Şengen” lazımdır ki, əgər İspaniyadan Estoniyaya nəsə çatdırmaq lazım gələrsə, bunun üçün heç bir sənədləşmə aparmadan tez …

Read More »

BMT-dən Rusiyaya ağır ittiham

Rusiya dronları müntəzəm olaraq Ukraynanın dinc sakinlərinə hücum edir, bu zərbələr insan tələfatına, yaralanmalara və genişmiqyaslı dağıntılara səbəb olur. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat BMT Baş Assambleyasının sosial, humanitar və mədəni məsələlər üzrə ixtisaslaşmış Üçüncü Komitəsinə təqdim edilən Ukraynada baş verən hadisələrin araşdırılması üzrə Komissiyanın hesabatında yer alıb. Hesabat müəlliflərinin qeyd etdiyinə görə, bu hücumlar sistemli və koordinasiyalı …

Read More »

“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir“ – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin uzaqmənzilli silahların coğrafi əhatə dairəsini genişləndirmək üçün hədəflər müəyyən etdiyini açıqlayıb.  Zelenski bu barədə “Telegram” kanalında yazıb. Zelenski qeyd edib ki, Ali Baş Komandanın Qərargahının iclasında müəyyən dövrdə uzaqmənzilli zərbələrin effektivliyi və əldə edilən uğurlar təhlil olunub. “Rusiyanın neft emalı sənayesi müharibə səbəbindən artıq ciddi itkilər yaşayır və onlar itirməyə davam edəcəklər. Biz uzaqmənzilli imkanlarımızın …

Read More »

PKK Türkiyədən bütün qüvvələrini çıxarır

Kürdüstan Fəhlə Partiyası (PKK) bazar günü bəyan edib ki, silahlı qüvvələrini Türkiyədən İraqın şimalına çəkir. Bu addım təşkilatın silahsızlanma və siyasi inteqrasiya prosesinin bir hissəsi kimi qiymətləndirilir. Bu barədə “Reuters” agentliyi yazıb. Təxminən 40 ildir Türkiyəyə qarşı silahlı mübarizə aparan PKK-nin fəaliyyətləri nəticəsində 40 mindən çox insan həlak olub. Təşkilat bu ilin mayında 76 yaşlı, hazırda həbsdə olan lideri Abdullah Öcalanın …

Read More »