Bazar ertəsi , 14 Sentyabr 2026

Digər ölkələr

Türkiyədən PKK ilə bağlı yeni addım: Öcalan üçün xüsusi maddə yoxdur

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsinin gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, təxminən iki ilə yaxındır davam edən hazırlıq işlərinin növbəti mərhələsinə keçilir. Hazırlanan çərçivə qanun layihəsində cinayət əməllərində iştirak etməmiş, yalnız terror təşkilatına üzv olmaq maddəsi ilə məhkum olunmuş şəxslər, eləcə …

Read More »

Türkiyə ərazisi ilə yarım ildə 97 milyon barelə yaxın BTC nefti nəql olunub

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 96,934 milyon barel neft nəql edilib. Bu barədə Boyukmillet.com Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir. Məlumata görə, bu, 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 8,874 milyon barel və ya 8,4 % azdır. Təkcə iyun ayında isə bu kəmər vasitəsilə 16,398 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 899 min barel və ya 5,2 % …

Read More »

Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür

Almaniyanın 100-dən çox şəhər və dairəsi anomal istilər və quraqlıq fonunda su istehlakına məhdudiyyətlər tətbiq edib. “Report”un “Bild” nəşrinə istinadən məlumatına görə, su qıtlığı qış və yaz aylarında yağıntıların az olması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi və bir neçə ekstremal isti dalğası səbəbindən yaranıb. Xüsusilə Münxendə bağ hovuzlarını doldurmaq, qazonları suvarmaq və avtomobilləri yumaq qadağan edilib. Hannoverdə havanın temperaturu 27°C-dən …

Read More »

Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib

Amerikalı senator Mark Kelli bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla münaqişəyə qeyri-ardıcıl yanaşma nümayiş etdirir, bu da ölkədə döyüş sursatı qıtlığına və qiymətlərin artmasına səbəb olub. Boyukmillet.com “CBS”yə istinadən xəbər verir ki, senator Vaşinqtonun addımlarının münaqişənin gərginləşməsinə rəvac verdiyini qeyd edib. Kellinin sözlərinə görə, Tramp ABŞ-ni münaqişəyə strateji məqsəd, plan və dəqiq müddət olmadan cəlb edib. O həmçinin …

Read More »

Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor həbs edilib

Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, tanınmış aktyor Ərdal Beşikçioğlu həbs edilib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə Ə. Beşikçioğlu ilə yanaşı, daha 39 nəfər barəsində həbs qərarı verib. Bələdiyyə sədri iyulun 30-da keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılmışdı.

Read More »

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb

Türkiyənin Bursa, Kocaeli, Mersin və Osmaniye vilayətlərində polisin keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın 11 üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, Bursa Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma zamanı şübhəlilərin bir evə iki dəfə silahlı hücum təşkil etdikləri müəyyən olunub. Həmçinin onların xaricdə həbsdə olan qruplaşma liderinin göstərişi ilə …

Read More »

ŞOK QƏRAR: ABŞ-yə getmək üçün 20 min dollar depozit tələb olunacaq

ABŞ avqustun 3-dən etibarən əvvəllər ölkədə qalma müddətini pozmuş dövlətlərin vətəndaşları üçün turistik və iş vizalarının rəsmiləşdirilməsi zamanı 20 min dollara qədər məcburi depozit tələb edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bildirişində qeyd olunub. Keçən ilin avqust ayında ABŞ bəzi viza müraciətçilərindən depozit toplanması üzrə 12 ay müddətinə nəzərdə tutulmuş sınaq proqramına start vermişdi. Proqram B-2 kateqoriyalı turistik və …

Read More »

Ukraynadan Rusiyaya ŞOK CAVAB

Ukrayna Qara dənizdə Rusiyaya məxsus konteyner gəmisini vuraraq batırdığını açıqlayıb. Hadisə Rusiyanın Odessa yaxınlığında xarici yük gəmisini raket zərbəsi ilə batırmasından iki həftə sonra baş verib. Boyukmillet.com xəbər verir ki, “Rosatom”un nəzarətində olan FESCO qrupuna məxsus “Yanina” konteyner gəmisi Qara dənizdə hücuma məruz qalaraq batıb. Məlumata görə, gəmi Novorossiyskdən təxminən 130 dəniz mili aralıda iki dəniz pilotsuz aparatı ilə vurulub. …

Read More »

“Tasnim”: İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb

İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bunu “Tasnim” agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib. O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini “dəlilik” adlandırıb və xəbərdarlıq edib ki, Tehran cavab tədbirlərinə tam hazırdır. Rəsmi qeyd edib ki, İranın cavabı regiondakı ABŞ enerji infrastrukturunu əhatə edir. Daha əvvəl məlumatlı mənbələrə istinadən “CBS News” telekanalı bildirmişdi ki, Birləşmiş …

Read More »

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, saxlanılan şəxs on ildir, Qırmızı Bülletenlə axtarışda olan FETÖ üzvüdür.

Read More »