Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə səsverməyə çıxarılacaq. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ və Təhlükəsizlik Şurasındakı avropalı müttəfiqlərinin hazırladığı qətnamədə “Rusiyanın Ukraynaya qarşı BMT razılaşmasının ikinci maddəsinin dördüncü bəndinə zidd olan hücumları qınayırıq” sözləri yazılıb. Qətnamə, həmçinin Rusiyanın Ukraynaya qarşı güc tətbiqinin dərhal dayandırılmasını nəzərdə tutur. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında hansəsa qərarın …
Read More »Los-Ancelesdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə fevralın 24-də virtual anım tədbiri keçirilib. Bu barədə Baş Konsulluqdan məlumat verilib. Sosial şəbəkələr üzərindən yayımlanmış tədbirdə nüfuzlu din və icma rəhbərləri, diplomatlar və siyasi xadimlərin çıxışları nümayiş etdirilib. Xocalı dəhşətləri haqqında ətraflı məlumat verən Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri (duayeni) Nəsimi Ağayev Xocalı soyqırımının …
Read More »NATO-nun Baş katibi: “Bu, Rusiyaya baha başa gələcək”
“Bu, Rusiyaya baha başa gələcək”. Boyukmilllet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yents Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. “NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik”, – deyə o bildirib.
Read More »Almaniya XİN vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Almaniya XİN Ukrayna ərazisində qalan vətəndaşlarını bu ölkəni tərk etməyə, belə bir imkanı olmayan şəxslərə isə mühafizə olunan yerlərdə qalmağa çağırıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, XİN hazırda Almaniyanın hakimiyyət orqanlarının köməyi ilə təxliyyə aparılmasının mümkün olmadığını bəyan edib.
Read More »Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirəcək
Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib. Boyukmillet.com xəbər verir ki, Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”. Putin ukraynalı hərbçiləri dərhal silahlarını …
Read More »Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən DPA agentliyi məlumat yayıb. Diplomat Almaniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Tyorven Belmanla söhbət edib. Hələlik tərəflər arasında aparılan danışıqların təfərrüatı məlum deyil.
Read More »Finlandiya Kiyevdəki səfirliyinin əməkdaşlarını Lvova köçürür
Finlandiya təhlükəsizlik səbəbi ilə Kiyevdəki səfirliyindən işçilərini Lvova köçürür. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Finlandiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi əsasında Kiyevdəki səfirlikdə işləmək üçün təyin olunmuş əməkdaşların müvəqqəti olaraq Kiyevdən Lvova köçürülməsinə qərar verib”, – məlumatda deyilir. Xatırladaq ki, bundan əvvəl Finlandiya artıq Ukrayna paytaxtında çalışan diplomatların sayını azaldıb.
Read More »Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Ukrayna hakimiyyəti Donetsk və Luqansk “Xalq respublikaları”nın Rusiyaya hərbi yardımla bağlı müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitterdə yazıb. “Ukrayna Donetsk və Luqansk işğalçı administrasiyalarının Rusiyaya hərbi dəstək tələbi ilə müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu, təhlükəsizlik vəziyyətinin …
Read More »Xarkov və Dneprin hava limanı müvəqqəti bağlanıb
Ukraynanın Xarkov və Dnepr şəhərlərində beynəlxalq hava limanları müvəqqəti bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Avianews” məlumat yayıb. Qeyd olunub ki, fevralın 23-də axşam saatlarında Xarkov hava limanı müvəqqəti olaraq bir neçə saatlıq bağlanıb. Dnepr hava limanı üçün də oxşar göstəriş verilib. Belə ki, Xarkov hava limanının uçuş-enmə zolağı fevralın 23-ü Bakı vaxtı ilə saat 22:35-dən fevralın 24-ü Bakı …
Read More »Litva Ukraynaya 1,8 milyon avroluq silah və humanitar yardım göndərəcək
Litva tərəfindən Ukraynaya silah-sursat və humanitar yardım paketi göndəriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə qərarı Baltikyanı respublikanın hökuməti qəbul edib. “Hökumətin və Daxili İşlər Nazirliyi sisteminə daxil olan strukturların ehtiyatından iki yardım paketi – ümumi dəyəri 1,8 milyon avrodan çox olan silah və mülki müdafiə texnikası formalaşdırılıb”, – məlumatda deyilir. O cümlədən 1,5 milyon avro dəyərində müxtəlif silahlar Kiyevə …
Read More »