Çərşənbə , 7 May 2025

Digər ölkələr

Polşanın baş naziri ölkədə kibertəhlükə rejimi tətbiq edib

Polşanın Baş naziri Mateus Moravieçki ölkədə kibertəhlükə rejimini tətbiq edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. Rejimin tətbiq edilməsində məqsəd kiberməkanda təhdidlərə qarşı mübarizədir. Hazırda ölkədə kiber hücumlarla bağlı birinci təhlükə səviyyəsi (ALFA-CRP) elan edilib. ALFA-CRP dərəcəsi terrorla mübarizə qanununda müəyyən edilmiş dörd təhlükə dərəcəsinin ən aşağısıdır. Qərara əsasən dövlət administrasiyası teleinformasiya sistemlərinin …

Read More »

ABŞ lideri: “Ukraynaya hücum edilsə, Qərb “Şimal axını 2”ni dayandıracaq”

“Qərb ölkələri Ukraynaya qarşı hücum ediləcəyi təqdirdə ixraca nəzarət və maliyyə sahəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, həmçinin “Şimal axını 2” qaz kəmərinin işə başlamasına mane olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib. “ABŞ və dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımız güclü ixraca nəzarət sanksiyaları tətbiq etməyə hazırdırlar. Biz onların ən böyük və ən mühüm maliyyə institutlarına …

Read More »

ABŞ-ın Minskdəki Səfirliyi amerikalıları dərhal Belarusu tərk etməyə çağırıb

ABŞ-ın Minskdəki Səfirliyi amerikalıları Belarusu dərhal tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında bildirilir. “Qanunların özbaşına qəbul edilməsi, saxlanma riski, Rusiyanın hərbi birləşmələrini Belarusla Ukrayna sərhədi boyunca qeyri-adi və narahatlıq doğuran genişləndirməsi, COVID-19 və bununla bağlı giriş məhdudiyyətləri səbəbindən Belarusa daxil olmayın. Belarusdakı ABŞ vətəndaşları dərhal kommersiya və ya şəxsi fondlarını tərk etməlidirlər”, – Departament …

Read More »

Ukraynada Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə əsərləri səsləndirilib

Ukraynanın Dnepr şəhərlərində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Dneprropetrovsk Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərləri səsləndirilib.

Read More »

ABŞ-da silahlı hücum zamanı 11 nəfər xəsarət alıb

ABŞ-ın Nyu-Meksiko ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum şəxsin bıçaqla bir qrup şəxsə hücum edərək 11 nəfəri yaraladığını bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə polis tviterdə məlumat yayıb. Hücum Albukerke şəhərində baş verib, hadisəni törədən şəxs tək hərəkət edib. O, BMX markalı velosipedlə səyahət edib. Polis həmin şəxsin şəhərin müxtəlif yerlərində bir neçə hücum hazırladığını istisna etmir. “Bütün zərərçəkənlərin vəziyyəti sabitdir. …

Read More »

Kiyevi məcbur etməliyik ki, buna əməl etsin – Polyanski

Ukrayna böhranını həll etməyin yeganə yolu Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etməkdir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. “Yeddi il əvvəl, məhz bu gündə Minsk razılaşmaları imzalandı. O vaxtdan bəri Kiyev Qərb ölkələrinə söykənərək, öz öhdəliklərini ardıcıl olaraq sabotaj edir”, – Polyanski vurğulayıb. O bildirib ki, Minsk razılaşmaları Ukrayna böhranının həlli üçün beynəlxalq …

Read More »

Ukrayna və Türkiyə nazirlərinin söhbəti: Nədən danışdılar?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon söhbət olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kuleva öz Tvitter səhifəsində məlumat yayıb. Onlar Qara və Azov dənizlərindəki təhlükələri, eləcə də ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər. “Türkiyəli vəzifədaşım və dostum MevlutÇavuşoğlu ilə Rusiyanın yaratdığı təhlükəsizlik böhranı, Qara və Azov dənizlərindəki təhdidlər, gərginliyi azaltmağın …

Read More »

Ukrayna üzərindən uçuşlar BU TARİXDƏN dayandırılacaq

Fevralın 14-də Qərb sığorta şirkətlərinin Ukrayna üzərindən uçuşlar üçün təminatları geri götürmək qərarına görə, ölkə üzərində hava məkanı bağlana bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Strana.ua” saytı bir neçə mənbəyə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Britaniyanın ən böyük sığortaçıları dünyadakı bütün təyyarə sahiblərinə Ukraynadakı hava gəmiləri üçün sığorta təminatının dayandırılması ilə bağlı ismarış göndəriblər. “Bazar ertəsi günortadan …

Read More »

Almatıda icazəsiz mitinq başlayıb

Qazaxıstanın Almatı şəhərinin Respublika meydanına yerli vaxtla saat 12:00-a qədər (Bakı vaxtı ilə 10:00 – Red) təxminən 300 nəfər toplaşıb. Aksiya iştirakçılarından bəzilərinin üzərində yanvar hadisələri zamanı həlak olanların plakatları və fotoşəkilləri var, plakatlarda onların adları da yazılıb. Polis meydanın yaxınlığında avtomobillərin hərəkətini məhdudlaşdırmayıb, həmçinin kordon yoxdur, yaxınlıqda təcili yardım briqadası və iki polis patrul maşını xidmət göstərir, lakin şahidlər …

Read More »

Liviyada seçkilərin tarixi fevralın 17-də açıqlanacaq

Liviyada prezident və parlament seçkilərinin tarixi fevralın 17-də açıqlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bildirib. Onun sözlərinə görə, Liviyada seçkilərin keçirilməsi ilə bağlı ölkədə müxtəlif qüvvələrlə məsləhətləşmələr aparılır. Dibeybe Tobrukdakı Nümayəndələr Palatasının (parlament) keçmiş daxili işlər naziri Fəthi Başağının Liviya Nazirlər Kabinetinin yeni rəhbəri seçilməsi ilə bağlı qərarını da şərh edib. O, əhalini Tobrukdakı …

Read More »