HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1300 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb. Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Eyni zamanda 150 nəfərin HƏMAS tərəfindən girov götürüldüyü vurğulanıb.
Read More »Kadırovun yeniyetmə oğluna “Çeçenistanın qəhrəmanı” medalı verilib
Ramzan Kadırovun 15 yaşlı yeniyetmə oğlu Adam Kadırova Çeçenistanın qəhrəmanı titulu verilib. Bu barədə respublika dumasının deputatı, Kadırova yaxınlığı ilə tanınan Adam Dəlimxanov öz Telegram kanalında yazıb. Dəlimxanov həmin mesajında Ramzan Kadırovun oğlunun idman və döyüş sənətlərindəki uğurlarını xüsusi olaraq vurğulayıb. Qeyd edək ki, Ramzan Kadırovun oğlu bu yaxınlarda Qroznıdakı həbsxanaların birində Nikita Juravel adlı şəxsin döyməsinə görə gündəmə gəlmişdi. Juravelin …
Read More »ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya İsraillə bağlı birgə bəyanat yayıb
Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğunu qeyd ediblər. Onlar İsrailin …
Read More »Türkiyə Əfqanıstana humanitar yardım göndərib
Türkiyə Əfqanıstana humanitar yardım göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, lazım olan ləvazimatlar, həmçinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təminatları təyyarələrlə Əfqanıstana göndərilib. Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.
Read More »Qəzzada ölənlərin sayı 436 nəfərə çatıb
İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2271 nəfər yaralanıb. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə …
Read More »İsrail Müdafiə Ordusu 400-dən çox HƏMƏS yaraqlısını zərərsizləşdirib
Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “i24” telekanalı İsrail Müdafiə Ordusunun nümayəndəsinə istinadən bildirib. “Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, – telekanal mətbuat katibindən sitat gətirib. Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir. Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket …
Read More »Misirdə israilli turistlər atəşə tutulub, ölənlər var
Misirin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobus atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, olayda 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Məlumata görə, hadisəni törədən polis əməkdaşı saxlanılıb. Bildirilib ki, ölənlər İsrail və Misir vətəndaşlarıdır.
Read More »HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb
İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə video yayılıb. Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub. Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir. Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.
Read More »İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirib
İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib. Bu barədə “Report” İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”. Xatırladaq …
Read More »NATO və İran HƏMAS-la İsrail arasında silahlı toqquşmaya münasibət bildirib
NATO və İran rəsmiləri HƏMAS-la İsrail arasında baş verən silahlı toqquşmaya münasibət bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Alyans Baş katibinin müavini Mirça Coane deyib: “Bu gün mən israilli dostlarımızla birlikdə insan itkisinə görə məyusam. Dəhşətli hücumlar qarşısında İsraillə tam həmrəyəm”. O, bir neçə həftə əvvəl İsraildə olduğunu və NATO ilə bu ölkə arasında əməkdaşlığın …
Read More »