ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı niyyətlərini açıq şəkildə ortaya qoyaraq, adanın Vaşinqton üçün həyati əhəmiyyət daşıdığını bildirib. Boyukmillet.com xəbər verir ki, Tramp Qrenlandiyanın ABŞ-ın qlobal raketdən müdafiə strategiyasında əsas rol oynadığını və yeni qurulan “Qızıl Qübbə” (Golden Dome) sisteminin effektivliyini kəskin artıracağını deyib. ABŞ prezidenti qeyd edib ki, Vaşinqton ölkə üzərində tam müdafiə qalxanı yaratmaq niyyətindədir. Onun sözlərinə …
Read More »Ağ Ev Londona xəbərdarlıq etdi: Çin vacib infrastruktura gizli çıxış əldə edəcək
ABŞ administrasiyası Böyük Britaniya hökumətinin Londonda Çinin yeni səfirlik binasının tikintisinə icazə verilməsindən ciddi şəkildə narahatdır. Boyukmillet.com “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu narahatlıq yenidən Londonun diqqətinə çatdırılıb. Qəzetin Ağ Evdəki mənbəsinə görə, ABŞ “düşmənlərin Vaşinqtonun ən yaxın müttəfiqlərinin vacib infrastrukturunu istismar etməsindən dərin narahatlıq keçirir”. Daha əvvəl ABŞ rəsmiləri dəfələrlə Çin diplomatik missiyasının şəhərin yaxınlığındakı tarixi Kral …
Read More »Tramp Makronu yeni rüsumlarla hədələyib
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200 %-lik rüsum tətbiq etməklə hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ Prezidenti bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib. “Onsuz da o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk …
Read More »Moldova MDB-dən çıxır
Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Sərbəst Dövlətlər Birliyindən (MDB/CIS) çıxışını nəzərdə tutan əsas sazişlərin denonsasiyasına start verildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bununla Kişinyov təşkilatdan tam hüquqi ayrılıq prosesini rəsmən işə salıb. Xarici xəbər kanallarının yaydığı məlumata görə, Moldova MDB-yə üzvlüyün hüquqi əsasını təşkil edən sənədləri – birliyin yaradılma sazişini və nizamnaməsini mərhələli şəkildə ləğv etməyə başlayır. Proses tamamlandıqdan sonra …
Read More »Xamenei İranda son etirazlar zamanı minlərlə insanın öldüyünü təsdiqləyib
İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün, yanvarın 17-də çıxışında kütləvi etirazlar zamanı minlərlə insanın həyatını itirdiyini etiraf edib. O, bəzi ölümlərin “insanlıqdan kənar və vəhşi” şəkildə baş verdiyini qeyd etsə də, bunları “fitnəkarlıq edənlərin” hərəkəti kimi izah edib və hadisələrdə ABŞ-ni günahlandırıb. Xamenei baş verənləri “Amerikanın planı” adlandırıb və Prezidenti Donald Trampı İranın işlərinə müdaxilə etməkdə, etirazçıları dəstəkləməkdə …
Read More »Trampın Sülh Şurasında daimi üzvlük üçün 1 milyard dollar tələb olunacaq
Ağ Ev administrasiyası ölkələrin Qəzza Sülh Şurasında daimi yer üçün ən azı 1 milyard dollar ödəməsini təklif edir. Boyukmillet.com xəbər verir ki, Bloomberg bu barədə şuranın nizamnamə layihəsinə istinadən məlumat yayıb: “Hər bir üzv dövlət bu nizamnamənin qüvvəyə minməsindən etibarən üç ildən çox olmayaraq üzv kimi fəaliyyət göstərəcək və müddətin sədr tərəfindən uzadılma ehtimalı var. Üç illik müddət bu nizamnamənin …
Read More »ABŞ Suriyanı sanksiyaların bərpa ilə hədələyir
ABŞ rəsmiləri Dəməşqi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) qarşı hərbi əməliyyatını genişləndirəcəyi təqdirdə Suriya əleyhinə məhdudiyyətlərin geri qaytarılacağı ilə hədələyiblər. Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper eskalasiyanın daha da artmasının qarşısını almaq üçün hər …
Read More »Braziliya Maduro hadisəsindən sonra HHM sistemlərini gücləndirməyə qərar verib
Braziliyanın quru qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin sürətlə gücləndirilməsi və öz PUA donanmasının yaradılmasına başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı CNN Brasil braziliyalı general Tomas Paivaya istinadən yayıb. Bildirilir ki, ABŞ-ın Venesuelaya qarşı təcavüzündən sonra Prezident Luiz İnasio Lula da Silva silahlı qüvvələrin rəhbərliyi ilə görüş keçirib. Paiva öz hesabatında ölkənin müdafiə qabiliyyətindəki “strateji zəiflikləri” vurğulayıb. Hərbi lider orta və …
Read More »ABŞ bu ərazilərdə mülki aviasiya üçün təhlükə elan etdi
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Mərkəzi və Cənubi Amerikanın bəzi hissələri üzərində uçan aviaşirkətlərə mümkün hərbi əməliyyatlar və GPS siqnallarına müdaxilə barədə xəbərdarlıq edib. Boyukmillet.com Reuters-ə istinadən xəbər verir ki, FAA-nın pilotlar üçün müvafiq bildirişləri Meksika, digər Mərkəzi Amerika ölkələri, eləcə də Ekvador, Kolumbiya və şərqi Sakit Okeanın bəzi hissələri üzərindəki hava məkanını əhatə edir. Xəbərdarlıqlar 16 yanvarda qüvvəyə minib və …
Read More »Çinin peyk buraxılışı qəza ilə nəticələndi
Çinin “Şiçian-32” peykinin Siçanq Peyk Buraxılış Mərkəzindən kosmosa buraxılması qəza ilə başa çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Sinxua agentliyi yayıb. Bildirilir ki, “Long March-3B” raket daşıyıcısı havaya qalxıb, lakin uçuş zamanı anomaliya baş verib və bu da missiyanın uğursuzluğa düçar olmasına səbəb olub. Mütəxəssislər hadisənin səbəbini araşdırırlar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar