İspaniyanın “PLD Space” şirkəti “Miura 1” suborbital daşıyıcı aparatını ölkənin cənub-qərbindən orbitə çıxarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunur ki, bu, Avropada ilk özəl raket buraxılışıdır. “PLD Space” artıq “Miura 1”-i sınaqdan keçirməyə çalışmışdı, lakin mayın 31-də külək səbəbindən ləğv edilib. “El Mundo” qəzetinin yazdığına görə, bu, İspaniyada tam şəkildə işlənib hazırlanmış və inşa edilmiş …
Read More »Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb
Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb. “Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub”, – məlumatda bildirilir. Yaralıların sayı barədə məlumat verilmir. Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.
Read More »Rusiyada baş verən yanğın zamanı 5 nəfər ölüb
Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “İzvestiya” agentliyi məlumat yayıb. “Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub”, – xəbərdə bildirilir. Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib. Yanğının səbəbi hələ dəqiqləşdirilməyib.
Read More »Baydenin komandası Dövlət Departamentinin qrantlarından Ukraynaya yardım üçün istifadə etməyi düşünür
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya əlavə yardım göstərmək üçün Dövlət Departamentinin qrant proqramından istifadə etməyi düşünür. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ Konqresinin Ukraynaya yardım üçün əlavə vəsait ayırması ilə bağlı müəyyənliksizlik fonunda Amerika administrasiyası Kiyevə dəstəyin davam etdirilməsi üçün başqa variantları araşdırır. Digər məsələlərlə yanaşı, Vaşinqton ABŞ-nin müttəfiqlərinə amerikan silahlarının alınması üçün …
Read More »Rusiya Xarkova zərbə endirdi: 49 nəfər öldü
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunda ərzaq mağazasına raket zərbəsi endirib. Boyukmillet.com xəbər verir ki, hücum nəticəsində azı 49 nəfər həlak olub. Ərazidə axtarış-xilasetmə tədbirləri görülür.
Read More »Polşanın baş naziri miqrantlara qarşı – “İkinci Lampeduza faciəsi istəmirik”
Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqının İspaniyanın Qranada şəhərində keçiriləcək qeyri-rəsmi sammitində Avropaya gələn qeyri-qanuni miqrantların icma ölkələri arasında yerləşdirilməsi ilə bağlı istənilən qərarına veto qoyacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Polşa televiziyası tərəfindən yayımlanan müraciətində bildirib. “Polşa Aİ sammitinə təkcə qeyri-qanuni mühacirlər üçün hansısa kvotaların tətbiqinə qəti şəkildə “yox” demək üçün getmir. Mən Qranadaya …
Read More »Aİ: “ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik”
“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa ABŞ-ı əvəz edə bilməz: “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”. J.Borel Vaşinqtonu Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. …
Read More »BMT Baş katibinin sözçüsü ermənipərəst jurnalisti susdurub
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin müstəqil jurnalisti (“freelance”-red) Evelin Leopoldun beynəlxalq təşkilatın missiyasının Qarabağı ziyarətinə dair yayımladığı hesabatı ilə bağlı ironiyalı və təxribat xarakterli sualını cavablandıraraq jurnalisti susdurub. Boyukmillet.com xəbər verir ki, jurnalist sözçüyə erməniləri müdafiə edən sual verib və BMT-nin Azərbaycanın əleyhinə açıqlama verməməsinin səbəbini soruşub. S.Dujarrik isə cavabında BMT-nin hesabatının faktlara əsaslandığını deyib: …
Read More »Nigerin baş naziri: “Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb”
Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn Fransanı Afrika ölkəsinin yeni hakimiyyətinin tanınmış nümayəndələrini öldürmək planı hazırlamaqda ittiham edib. “Fransa digər düşmənlərimizlə birlikdə ölkənin tanınmış nazirlərini və rəhbər nümayəndələrini öldürmək planı hazırlayıb. Fransa Nigerdə vəziyyəti sabitləşdirmək üçün öz alətlərindən istifadə edir”, – telekanal baş nazirin sözlərini sitat gətirib. Xatırladaq ki, iyulun 26-da Nigerdə prezident qvardiyasının bir …
Read More »Sinqapurda 2 milyard dollardan artıq aktivlər müsadirə olunub
Sinqapurun hüquq-mühafizə orqanları ölkədə çirkli pulların yuyulmasına qarşı əməliyyat çərçivəsində 2,8 milyard dollar (2 milyard ABŞ dolları) dəyərində aktivləri müsadirə edib və dondurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Sinqapurun daxili işlər və ədliyyə naziri Jozefina Teo bildirib. Onun sözlərinə görə, istintaq davam edir. Bundan əvvəl, sentyabrda 1,8 milyard dollarlıq aktivlər dondurulub və ardınca çirkli pulların yuyulması, dələduzluq və sənədlərin …
Read More »