Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub. “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirliyin fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirilib.
Read More »İran İsrail və ABŞ-nin Natanzdakı nüvə obyektlərinə hücum etdiyini bəyan edib
ABŞ və İsrail dünən İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Rza Nəcəfi jurnalistlərə bəyan edib. “Dünən onlar yenidən İranın zəmanət altında olan dinc məqsədli nüvə obyektlərinə hücum ediblər”, – o bildirib. Nəcəfi xüsusilə Natanzdakı nüvə obyektinin zədələndiyini vurğulayıb. …
Read More »Ermənistan İrana humanitar yardım təklif edib
İran və Ermənistan xarici işlər nazirləri Abbas Əraqçi və Ararat Mirzoyan telefon danışığı aparıblar. Bu barədə Boyukmillet.com İranın Ermənistandakı səfirliyinin bəyanatına istinadən xəbər verir. Ermənistanlı nazir İrəvanın istənilən humanitar yardım göstərməyə hazır olduğunu bildirib və İran ətrafındakı böhranın diplomatik yolla həllinə ümid etdiyini ifadə edib. İran XİN başçısı Abbas Əraqçi isə öz növbəsində ölkənin tammiqyaslı müharibə vəziyyətində olduğunu və müdafiəyə davam edəcəyini …
Read More »Əli Laricani: İran ABŞ ilə danışıqlar aparmayacaq
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Vaşinqtonla danışıqları bərpa etməyəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, bunu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Biz ABŞ ilə danışıqlar aparmayacağıq”, – Laricani vurğulayıb.
Read More »Almaniya, Fransa və Böyük Britaniya İranı hədələyiblər
Almaniya, Fransa və Britaniya liderləri İranı Yaxın Şərqdəki müttəfiqlərinə hücum etməyə davam edəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılan “Avropa üçlüyünün” dövlət və hökumət başçılarının birgə bəyanatında bildirilib. “Biz İranı hücumlarını dərhal dayandırmağa çağırırıq, öz maraqlarımızı və regiondakı müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyik. Buraya potensial olaraq, zərurət …
Read More »İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı
İsrail hökuməti ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini uzadıb. Boyukmillet.com xəbər verir ki, qərara əsasən xüsusi rejim martın 12-dək qüvvədə qalacaq. Rəsmi açıqlamada bildirilib ki, hərbi əməliyyatlar həmin tarixdən əvvəl başa çatarsa, məhdudiyyətlər vaxtından tez ləğv edilə bilər, əgər əməliyyatlar davam edərsə, fövqəladə vəziyyətin yenidən uzadılması mümkündür.
Read More »İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb
İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb. Boyukmillet.com bu barədə “Mehr” Xəbər Agentliyinə istinadən xəbər verir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə məlumat yayaraq növbəti hücum dalğasında hədəf alınacaq əsas obyektləri açıqlayıb. Məlumata görə, İsrailin Hayfa limanındakı bazası, Ramat-David şəhərindəki aviabaza, Beyt-Şəms hərbi-sənaye şəhərciyi və Aşdod hərbi sənaye mərkəzi hücumların əsas hədəfi olacaq. Bundan əlavə, “Shahed” pilotsuz uçuş …
Read More »Ərdoğan ABŞ və İsrailin İrana hücumu ilə yanaşı, Tehranın körfəz ölkələrinə zərbələrini də pisləyib
Türkiyə ABŞ və İsrailin son hücumlarını İranın suverenliyinin pozulması hesab edir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial media hesabında etdiyi paylaşımda qeyd edib. Ərdoğan İranın Fars körfəzi ölkələrinə raket və dron hücumlarını da qəbuledilməz adlandırıb: “Problem diplomatik yolla həll olunmasa, region od çənbərinə çevriləcək. Buna icazə verilməməlidir”. Ərdoğan bölgədəki gərginliyə rəğmən, Türkiyənin sərhəd təhlükəsizliyi və …
Read More »Türkiyə İrana qarşı hücumlara dəstək verdiyi barədə iddiaları təkzib edib
Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, bəzi sosial media platformalarında yayılan və Türkiyənin İrana qarşı son hücumlara …
Read More »Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
Rusiya səfirliyi İrandakı vətəndaşlarına növbəti xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlik İranı tərk etmək üçün ən optimal marşrutlar kimi Azərbaycan və Ermənistan istiqamətlərini göstərib. Açıqlamada qeyd olunur ki, İranı Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçərək tərk etmək mümkündür, lakin bunun üçün əvvəlcədən Azərbaycan tərəfinin müvafiq icazəsinin alınması vacibdir. Alternativ marşrut kimi isə İran–Ermənistan sərhədində yerləşən Norduz–Aqarak keçid məntəqəsi göstərilir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar