Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir. Qazaxıstanın paytaxtı Nursultan şəhərində sentyabrın 14-15-də keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq …
Read More »Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Şeyxülislam A.Paşazadə Bağdad Amreyevi Azərbaycanda görməkdən şad olduğunu bildirib. Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. …
Read More »Allahşükür Paşazadə Gürcüstanda xüsusi ordenlə təltif ediləcək
Gürcüstan Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə üçün xüsusi medal hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio QMİ sədri və Gürcüstan Patriarxı II İlya arasında keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, A.Paşazadə özəl medala Gürcüstan-Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin inkişafına verdiyi böyük töhfələrə görə layiq görülüb. Baş keşiş qeyd edib ki, medal QMİ sədrinə sabah …
Read More »QMİ: “Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər”
Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək. Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq …
Read More »Türkiyənin ABŞ-dakı səfiri Azərbaycanın dini icma nümayəndələri ilə görüşüb
Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi, habelə respublikamızın müxtəlif dini icmalarının nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyi məlumat yayıb. Görüşdə Türkiyə-Azərbaycan dostluğu və müxtəlif dinlərə hörmətlə yanaşı yaşayan iki ölkənin qardaş xalqlarının mədəniyyətləri müzakirə …
Read More »Allahşükür Paşazadə Avstriyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriyaya səfər edəcək. QMİ-nin Mətbuat Xidmətindən səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir. QMİ sədri A.Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və çıxış …
Read More »Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Oğuzda konfrans keçirib
Oğuz rayonunda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı” adlı konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfrans Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutub. Konfransdan öncə “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub. Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin …
Read More »QMİ bəyanat yaydı: “Məzhəblərarası təfriqə üçün təxribatlar var”
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb. Gürcüstanın müsəlman din xadimi: “Ağdamda dağıdılmış evləri görmək üzücüdür” ABŞ Dövlət Departamentinin hesabatında ermənilər tərəfindən dağıdılmış məscidlərə dair məlumat yer alıbSahib Alıyev: “UNESCO-dan obyektivlik görməmişik”“Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə, bütün dinlər bərabər hüquqlara malikdir. Ateizm ideologiyasından qurtulmuş müstəqil Azərbaycanda …
Read More »Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-yə səfər edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti 28-30 iyun tarixlərində Beynəlxalq Din Azadlığı Sammitində iştirak məqsədilə ABŞ-yə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ-nin Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüşündə deyib. Sədr müavini Azərbaycandakı multikultural və həmrəylik mühiti, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, habelə …
Read More »Komitə: “Ölkəmizdəki milli birliyi pozmaq xülyası ilə yaşayan qruplar və havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər”
“Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar