Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir: “Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”. QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub: “16 qrup olacaq. …
Read More »Dövlət Komitəsi: “Din xadimi olmaq istəyənlərin diplomları ciddi şəkildə yoxlanılacaq” – EKSKLÜZİV
“Din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırırıq. Bildiririk ki, müsahibə və attestasiyada iştirak etmək üçün sənədlər, xüsusilə də diplomlar ciddi şəkildə yoxlanılacaq”. Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib. O xatırladıb ki, Milli Məclis tərəfindən fevralın 25-də “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci …
Read More »Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır, sabahdan sənəd qəbulu başlayır
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. O qeyd edib ki, Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub: “Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. …
Read More »Mübariz Qurbanlı Gürcüstandan olan din xadimləri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Görüş zamanı DQİDK sədri geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərinin ilk dəfə təşkil olunmasını məmnuniyyətlə vurğulayıb. O, Azərbaycan səfirliyinə və səfərin ərsəyə gəlməsində əməyi olan bütün qurumlara təşəkkür bildirib. Son dövrdə müvafiq …
Read More »Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib
“Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb”. Bunu “Report”un sualına cavab olaraq İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: “Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan …
Read More »Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır. O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub: “Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və …
Read More »Allahşükür Paşazadə BƏƏ rəhbərliyi ilə görüşəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri fəxri qonaqların təmsil olunduğu Rəyasət Heyətində yer alıb. Konfrans çərçivəsində Şeyxülislam A.Paşazadə İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha, …
Read More »Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə gedib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb. Səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu …
Read More »Allahşükür Paşazadə: “Dini dəyərlər və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə son günlərdə İsveç və Danimarkada Qurani-Kərim kitabının yandırılmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o bildirib ki, dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs Qurani-Kərim kitabının yandırılması cəhdləridir. “Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, …
Read More »Gəncədə bayram namazı qılınıb
Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahında və bütün məscidlərdə Ramazan bayramı namazı qılınıb. Boyukmillet.com xəbər verir ki, ziyarətgahda qılınan bayram namazında Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk də iştirak edib.Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
