Şənbə , 10 Yanvar 2026

Dünya

Xocalı faciəsi ilə bağlı yeni – VİDEOÇARX

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı faciəsi ilə bağlı yeni videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, fərqli tərtibatda hazırlanan çarxda Xocalı qurbanlarının üzləşdiyi faciə səhnələşdirilmiş şəkildə canlandırılır, eləcə də faciənin miqyası barədə faktlar təqdim olunur.

Read More »

Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar Taftan sərhəd məntəqəsi vasitəsilə İranla nəqliyyat əlaqəsini dayandırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Dawn” telekanalına Bəlucistan əyalətinin daxili işlər naziri Mir Ziyaulla Lanqove bildirib. Qeyd edilir ki, bu tədbirlər ölkə vətəndaşlarının təhlükəsizliyi baxımından həyata keçirilir.  Əfqanıstanın hakimiyyət orqanları isə virus epidemiyası ilə bağlı İranla hava və quru əlaqəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Bu …

Read More »

İranda koronavirusa görə məktəb və universitetlər bağlandı

İranda koronavirusun sürətlə yayılmasına görə hakimiyyət yüksək ehtiyat tədbirlərinə əl atır. Hökumət elan edib ki, virusun qeydə alındığı bütün şəhərlərdə və əyalətlərdə məktəb və universitetlər bağlanır. O cümlədən virusun yayılmağa başladığı Qum şəhərində ziyarətlər dayandırılıb, məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub. Virus İranın 14 əyalətində qeydə alınıb. Virtualaz.org xəbər verir ki, İranın Səhiyyə Nazirliyi ölkə üzrə 28 yoluxma halının qeydə alındığını …

Read More »

“Mehman Hüseynova istinad edən müxalifətin boyunu yerə soxum”

“Mən Mehman Hüseynovu deputat görmək istəmirəm. Bu cür adama istinad edən müxalifətin boyunu yerə soxum”.Bu sözləri Azpolitika.info-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə deyib. O, qeyd edib ki, M. Hüseynov jurnalist kimi qeyri- peşəkardır: “Baxmayaraq ki, özünü qəhraman kimi təqdim edir, əsas istəyi yuxarıya dırmaşmaqdır. Adamlar var ki, yuxarıya dırmaşmaq istəyir və dırmaşandan sonra yerini rahatlayıb bəy balası kimi yaşamağa başlayır. Mən …

Read More »

“Ölənlərin sayı daha çoxdur” – İranlı həkim

Çindən sonra koronavirusun ən çox yayıldığı ölkə İran oldu. Qonşu ölkədə ölənlərin sayının 9-a çatdığı bildirilir.Boyukmillet.com xəbər verir ki, İranın səhiyyə naziri Səid Nəməki 5 nəfərin virusdan həyatını itirməsini etiraf edib. Alternativ media isə faciənin miqyasının daha böyük olduğunu bildirir. İranda azı 750 nəfərin virusa yoluxma şübhəsiylə xəstəxanalara yerləşdirildiyi xəbər verilir. Qonşu ölkədə xəstəliyin Qum şəhərindən yayıldığı ehtimal olunur. “Twitter”də …

Read More »

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi – FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilsin” Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl …

Read More »

10 saat ölmüş sayılan qadın dəfn qabağı “dirildi” – VİDEO

83 yaşlı ukraynalı Kseniya Didux qohumları tərəfindən dəfn edilməyə hazırlanarkən “dirilib”. Bu barədə ТСН-in “Youtube” kanalında hazırlanmış süjetdə deyilir. Bildirilir ki, Ukraynanın Vinnits əyalətindən olan təqaüdçü 10 saat heç bir həyat  əlaməti göstərməyib. Həkimlər onun nəbzi və təzyiqini ölçsələr də, cihazlar heç nə göstərməyib. Hətta həkimlər tərəfindən çıxarılan kardioqramda da düz xətt görünüb. Bundan sonra tibb işçiləri qohumlarına qadını “son …

Read More »

Ermənilər atəşkəsi 23 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. …

Read More »

Xızının icra başçısı təcili Bakıya çağırıldı – İDDİA

Boyukmillet.com- un məlumatına görə Xızı rayonunun icra başçısı Xəzər Aslanov bu gün təcili olaraq Bakıya çağırılıb. Aslanovun təcili çağırılmasının səbəbi tam məlum olmasa da, bunu onun qohumu ilə əlaqədar ola biləcəyi güman edilir. Belə ki, Xızının icra başçısı dünən DTX-nın keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı deyilən Neftçalanın icra başçısı İsmayıl Vəliyevin qaynıdır. Mənbə hesab edir ki, dünənki olaydan sonra Xəzər Aslanovun …

Read More »

Ukrayna qondarma “erməni soyqırımı” layihəsini rədd etdi

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib. Səfirlikdən verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçi”sinin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.Məlumata görə, fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması …

Read More »