Münxen Təhlükəsizlik Konfransında boks rinqində Prezident İlham Əliyevin bir-birini əvəzləyən sərrast zərbələri altında əzilən, küncə qısılan baş nazir Nikol Paşinyan hərdənbir əl-qol ölçməyə çalışır, lakin onun, görünür, zəif əllərə geyildiyini “hiss edən” əlcəkləri dünya auditoriyasının birgə qəhqəhəsinin sədaları altında elə hey əllərindən çıxıb yerə düşürdü. Oğlunun Qarabağda xidmət etməsi və bu addımı, – indi gəl nəzakətlə de də, – “könüllü” …
Read More »Bakıda bəzi sərnişin avtobuslarının hərəkəti çətinləşdi
Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətində çətinliklər yaranıb. Boyukmillet.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.
Read More »BDU-nun yeni mətbuat katibi o oldu – Foto
Bakı Dövlət Universitetinə (BDU) yeni sözçü təyin olunub. Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsində məlumat paylaşılıb. Xatırladaq ki, universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova fevralın 12-də öz ərizəsi ilə vəzifədən getmişdi. (yenisabah.az)
Read More »Paşinyan Mütəllibova böhtanın tələsində – Baş nazir Sarkisyanı təkzib etdi, Əliyev ikisini də ifşa etdi…
Ramil Hüseynov: “Ermənilərin nəzarətində olan ərazidə Azərbaycan tərəfi necə soyqırım törədə bilərdi? Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirələrində diqqətçəkən ən mühüm məqamlardan biri də Xocalı soyqırımı ilə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər oldu. Nikol Paşinyan bu soyqırımda “azərbaycanlıların əlinin olması” barədə Ayaz Mütəllibovun vaxtilə dediklərinə istinad etməyə …
Read More »Pakistanda güclü partlayış oldu
Pakistanın Kvetta əyalətində güclü partlayış törədilib. Boyukmillet.com “Thenews.com.pk”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ən az 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Partlayış ətrafdakı binalar və nəqliyyat vasitələrinə də zərər vurub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Read More »Türkiyə və Rusiya Moskvada Suriyadakı vəziyyəti müzakirə edir
Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib bölgəsini müzakirə etmək üçün bir araya gəliblər. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, Moskvada keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edir. Türkiyə və Rusiya nümayəndə heyətlərində diplomatlarla yanaşı, hərbi və kəşfiyyat sahələrinin əməkdaşları da var. Xatırladaq ki, nümayəndə heyətləri arasında ilk görüş Ankarada baş tutmuşdu. Görüşdə Türkiyə tərəfi …
Read More »Vüqar Rəhimzadə: “Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi”
“Azərbaycan və dünya ictimaiyyəti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. “İki sahil” qəzetinin baş redaktoru bildirib ki, Prezident İlham Əliyev Nikol Paşinyana …
Read More »Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatdı – FOTOLAR
Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen şəhərinə yardım məqsədi ilə göndərdiyi tibbi ləvazimatlar ünvana çatıb. Boyukmillet.com xəbər verir ki İcra Hakimiyyətindən verilən məlumata görə, Mienyen sakinləri və şəhər rəhbərliyi bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu ünvanlayıb. Bildirilib ki, bu ləvazimatlar dəstinin istifadəsi şəhərdə epidemiyanın qarşısının alınmasında və nəzarətdə saxlanılmasında xeyli köməyi olacaq: …
Read More »Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb – FOTO
Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb. Səhiyyə Nazirliyindən Lent.az -a verilən məlumata görə, Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb. Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib. Görüşdən maraqlı görüntüləri təqdim edirik:
Read More »Prezident virus haqqında əvvəldən məlumatlı olub – Şok səs yazısı
Çinin Uhan şəhərində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusa görə Pekin rəhbərliyi günahlandırılır. Çinin dövlət mediası prezidentin səs yazısını yayıb. Boyukmillet.com xəbər verir ki, yayılan səs yazısı Pekin rəhbərliyinin koronavirus təhlükəsi barədə əvvəldən xəbərdar olduğunu sübut edib. Səs yazısından Çin prezidenti Si Çinpinin yanvarın 7-də virusla bağlı təlimat verdiyi məlum olur. Lakin Pekin rəhbərliyi yanvar ayının sonuna qədər əhaliyə bu barədə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
