Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a BŞH rəsmisinin özü məlumat verib. N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib. Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi …
Read More »Koronavirus bioloji müharibədirmi? – Səfirdən açıqlama
“Biz koronavirusu artıq nəzarət altına almağa başlamışıq”. Boyukmillet.com xəbər verir ki, bunu Çinin Türkiyədəki səfiri Denq Li “AHaber”ə müsahibəsində koronavirusdan danışarkən bildirib. Diplomat “Koronavirus bioloji müharibədirmi” sualını isə belə cavablandırıb: “Çin hökuməti olaraq alimlərimizi bir araya gətirərək virusun mənbəyini tapmağa çalışırıq. Hazırda bir məsələdə fikirlərimiz üst-üstə düşür. Böyük ehtimalla, bu virus vəhşi heyvanlardan keçib. Çünki koronavirus, əslində, yarasadakı virusa 96% bənzəyir”. Xatırladaq ki, Çinin Uhan …
Read More »Rəcəb Tayyib Ərdoğan: İdlibdə əsgərlərimizə təhlükə yaradan nöqtələri vuracağıq
İdlibdə türk əsgərlərinə təhlükə yaradan nöqtələri vuracağıq. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakım Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında söyləyib. Dövlət başçısı qeyd edib ki, Türkiyə öz əsgərlərinə təhlükə yaradan rejimin qüvvələrini ona məxsus olan mövcud patrul məntəqələrindən uzaqlaşdırmaqda qərarlıdır.
Read More »Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə vəzifə verilib. Əldə etdiyimiz məlumata gorə, keçmiş idmançı bu dəfə Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Milli Aerokosmik Agentliyinə müavin vəzifəsinə təyin edilib. Xatırladaq ki, Elnur Məmmədli 2016-cı ildə Yol Patrul Xidmətindəki işindən ayrılmış, keçmiş DTX rəisi Mədət Quliyev tərəfindən DTX-da şöbə rəisi postuna təyin edilmişdi. (unikal.org)
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gedib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Read More »TÜRKİYƏDƏN ƏSƏDƏ SƏRT XƏBƏRDARLIQ: “Daha ağır cavab veriləcək” – Orduya göstəriş verildi
“İdlibdə yerləşən müşahidə məntəqələrimizə hücum ediləcəyi təqdirdə, Suriya hakimiyyətinə daha ağır cavab veriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Associated Press”ə müsahibəsində deyib. Nazir bildirib ki, bununla əlaqədar olaraq Türkiyə ordusuna müvafiq təlimat verilib. H. Akar qeyd edib ki, Türkiyə ordusu İdlibdə yerləşən müşahidə nöqtələrindən geri çəkilməyəcək. Xatırladaq ki, dünən Türk ordusu Əsəd ordusuna ağır zərbələr …
Read More »MTN-nin şöbə rəisinə 19, həyat yoldaşına isə 10 il həbs cəzası verildi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dövlətə xəyanətdə təqsirləndirilən sabiq şöbə rəisi Zakir İsmayılov və onunla birgə ittiham olunan həyat yoldaşı Nəzakət İsmayılovanın barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Boyukmillet.com APA-ya istinadən məlumat verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Z. İsmayılov 19 il, onun həyat yoldaşı N. İsmayılova isə 10 …
Read More »“Xəstəxanaya yerləşdirilən” Abel Məhərrəmov: – “Hazırda səhər idmanı edirəm”
“Mən hazırda səhər idmanı edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, universitetin Üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov səhhətində ciddi problem yarandığı ilə bağlı məlumatlara aydınlıq gətirərkən bildirib. A.Məhərrəmov yazılanların yalan olduğunu vurğulayıb: “Nəyi niyə yazırlar özləri bilərlər. Amma mən hazırda idmandayam və idmanı bitirib işə gedəcəyəm”. Qeyd edək ki, bəzi KİV-lərdə verilən məlumata …
Read More »Aydın Quliyev MSK qarşısında hay-küy salanlardan yazdı
MSK-nın qarşısında seçkisonrası hay-küy salanların tərkibinə baxmısınızmı?Ən anlaşılmaz seçki təzahürlərindən biri MSK-nln qarşısında cürbəcür xarakterli toplantılar keçirərək hay-küy salmaqdır.Sanki məqsədli şəkildə bir neçə nəfər oturaq vəziyyətdə və ya ayaq üstündə ucadan nəsə qışqırır,kimlərsə də kənardan bunu çəkib sosial şəbəkələrdə tirajlayır.Mən başa düşürəm ki,seçki sonucda hər kəsin razı qalacağı bir proses deyil.Bu prosesdə sözsüz ki,narazılar olacaq,belə hallar dünyanın hər yerində olur.Ancaq …
Read More »Mehriban Sadıqova istefaya göndərildi
“Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”.Boyukmillet.com xeber verir ki bu barədə Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib. Məlumata görə, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək. Məlumata …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
