Bazar , 11 Yanvar 2026

Dünya

Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti bu gün başa çatır

Bu gün Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, yəni, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir. Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq …

Read More »

KİVDF Əli Həsənovun qəzetlərinə pul ayırmadı – SON DƏQİQƏ

Boyukmillet.com məlumatına görə Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur. Hər iki qəzetin kollektivi bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham …

Read More »

Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 3-də Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-ın məlumatına görə, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.

Read More »

“Əziz Ələkbərli Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gərgin fəaliyyət göstərib”- Türkiyədə yaşayan tanınmış jurnalist Oktay Hacımusalı

Bir alim, bir ziyalı kimi dəyərli insan… Əziz Ələkbərli bir ziyalı kimi, bir alim kimi elmi, ictimai sferada hər kəsin hörmətini qazanmış bir insandır. Və bu növbədənkənar parlament seçkilərində onun deputatlığa namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən verildiyini biləndə Əziz müəllimin əsl vətənpərvər bir insan kimi fəaliyyətlərinin sadəcə bir qismini xatırladım və özlüyümdə bu qərarın nə qədər yerində bir qərar olduğu …

Read More »

Ərdoğandan Rusiyaya ŞOK XƏBƏRDARLIQ

“Xüsusilə, Rusiyanın səlahiyyətli orqanlarına səslənirəm: bizim xitab edəcəyimiz siz deyilsiniz”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin türk əsgərlərinə hücumu haqqında danışarkən deyib. Prezident Rusiyaya xəbərdarlıq edib ki, onlar Bəşər Əsəd rejimi ilə savaşa daxil olurlar: “Önümüzü kəsmək kimi bir durum müzakirə mövzusu belə olmasın. Generallarımız tez-tez əlaqə saxlayırlar. Bu …

Read More »

Naxçıvan nümayəndəliyinin rəhbəri Gürcüstan səfiri ilə görüşüb

Boyukmillet.com  xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Gürcüstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin perspektivləri, daha da möhkəmləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, mədəniyyət sahələri və digər maraqlı məsələlər ətrafında səmimi müzakirələr aparılıb.

Read More »

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

Boyukmillet.com -un məlumatına görə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizəd Möhsüm Aslanovun seçki qərargahında Göygöl sakini olan I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Qaziləri xüsusi səmimiyyətlə salmalayan Möhsüm Aslanov öz seçki platforması haqda məlumat verib. Seçkiyə qatılma məramını açıqladı. Bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar start verdiyi islahatlar və çağırışlara cavab olaraq bu yola çıxıb. Sonra …

Read More »

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb. Boyukmillet.com N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) …

Read More »

Suriyada Türkiyə ordusuna hücum – 4 şəhid, 9 yaralı

Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin həyata keçirdiyi intensiv artilleriya atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, daha 9 əsgər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Read More »

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. Boyukmillet.com məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Sədr, Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir. Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin …

Read More »