İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə bayram tədbiri keçirib. Bu haqda məlumatı Boyukmillet.com-a İSBAM mətbuat xidməti verib. Tədbirdə İSBAM sədri Samir Adıgözəlli çıxış edərək ilk öncə 30 il əvvəl 31 dekabrda baş vermiş tarixi hadisə haqqında danışıb. Daha sonra İSBAM tərəfindən həyata keçirilən tədbirlər ətrafında fikirlərini bildirib. Bayram tədbirində iştirak edən İSBAM sədrinin müvini …
Read More »“Hər şeyin əvvəli və sonu var, namizədliyimi irəli sürməyəcəm” – Arif Rəhimzadə
“Hər şeyin əvvəli və sonu var”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib. O bildirib ki, gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. “Hər şeyin əvvəli və sonu var. Namizədliyimi irəli sürməyəcəm”, – deyə A. Rəhimzadə vurğulayıb.
Read More »Yerli büdcə gəlirlərinin həcminə görə Naxçıvan şəhəri ölkə üzrə 9-cu sıradadır
Yerli büdcənin gəlirlərinin həcminə görə Naxçıvan şəhəri ölkə üzrə 9-cu sırada olub, 64 şəhər və rayondan yüksək göstəricilərə malikdir. Naxçıvan şəhəri digər əhəmiyyətli göstərici olan adambaşına düşən büdcə gəlirləri üzrə də 244 manatla ölkənin şəhər və rayonları arasında 5-ci sıradadır. Boyukmillet.com-un Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Maliyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsi üzrə …
Read More »Viskidən zəhərlənib ölənlərlə bağlı 2 restoran müdiri həbs olundu
Araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski şüşələrinin qapaqları maddi sübut kimi götürülüb; həbs edilənlərin sayı artacaq Xəbər verdiyimiz kimi, Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində …
Read More »Bakıda 16 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmil Atabalayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə sentyabr ayında Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında baş verib. 1990-cı il təvəllüdlü Cəmil Atabalayev idarə etdiyi “Mercedes” …
Read More »Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi muxtar respublikanın uğurlu inkişafına hesablanıb
Məlum olduğu kimi dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. Sessiyanın gündəliyində duran əsas məsələlərdən biri, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi ilə bağlı idi. Büdcə layihəsinin təhlilini apardığımız zaman məlum olur ki, 2020-ci il dövlət büdcəsi hazırlanan zaman bir çox sahələr prioritet istiqamət kimi götürülüb. Belə ki, muxtar respublikanın inkişaf tempinə uyğun olaraq sosial-iqtisadi …
Read More »Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə Çağdaş Azərbaycan Kültür Dərnəyi arasında Protokol İmzalandı
Bu gün Azərbaycan Qaçqınlar Cəmiyyətinin ofisində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin Başkanı hörmətli Cemal Kerim Mehmethanoğlu və Dərnəyin üzvü İshak bəylə Qərbi Azərbaycan İcması rəhbərliyinin görüşü olmuşdur. Qonaqları səmimi salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qonaqlara Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması haqqında ətraflı məlumat vermişdir. Çağdaş Azərbaycan Kültür Dərnəyinin Başkanı Cemal Kerim Mehmethanoğlu …
Read More »Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunmuş və bütün azərbaycanlıların birlik rəmzinə çevrilmiş 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, …
Read More »Bu ölkəyə ordu yeridilir: “Atatürkün yadigarıdır” – Ərdoğandan kritik açıqlama
“Bizdən Liviyaya hərbi qüvvə gönədərəcəyimiz barədə soruşurlar. Biz dəvət edilən hər yerə gedirik. İndi də belə bir dəvət var, gedəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan qeyd edib ki, parlament işə başlayanda gündəmə gətiriləcək ilk məsələ Liviyaya hərbi qüvvənin göndərilməsi ilə bağlı olacaq: “Bütün fəaliyyətlərimiz bu istiqamətdə gedir, məsələni parlamentdə müzakirə edəcəyik. Liviya bizə həm Osmanlının, həm də …
Read More »Heydər Əliyev Fondu hüquq müdafiəçisini həyata qaytardı
Oqtay Gülalıyev gözünü açdı… Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika var. Baki-xeber.com-un xəbərinə görə, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
