Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin həyata keçirdiyi intensiv artilleriya atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, daha 9 əsgər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Read More »Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. Boyukmillet.com məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Sədr, Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir. Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin …
Read More »Bu gün 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçiciləri ilə möhtəşəm görüşü baş tutub.
Hələ görüş başlamamış zalı dolduran seçicilər Qorxmaz İbrahimlini alqış sədaları ilə qarşıladılar. Açılış mərasimi vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla başladı. Bundan sonra Qorxmaz İbrahimli seçiciləri salamladı və millət vəkili seçiləcəyi təqdirdə həll edəcəyi problemlərdən danışdı. O, seçicilərin inam və etibarını doğruldacağını, fəaliyyətdə olduğu müddət ərzində onların yanında olub səlahiyyətləri çərçivəsində onların problemlərini həll edəcəyini …
Read More »Güloğlan Cabbarov Nərimanovda izdihamlı görüş keçirtdi-FOTOLAR
Boyukmillet.com xəbər verir ki, bu gün 9 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd Güloğlan Cabbarov təbliğat-təşviqat müddəti çərçivəsində N.Süleymanov və Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan ünvanda seçiciləri ilə görüş keçirib. N.Süleymanov küçəsi sakinləri ilə keçirilən görüşdə seçicilər qarşısında çıxış edən Güloğlan Cabbarov özü haqqında məlumat verib, ona etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə beş il müddətində daima onların yanında …
Read More »Türkiyə yeni müharibəyə hazırlaşır? – Sərhədə doğru…
Türkiyə Suriya sərhədinə hərbi texnika yığmaqda davam edir. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Türkiyənin müxtəlif bölgələrindən “Kirpi” hərbi texnikaları və raketləri daşıyan TIR-lar Qaziantep şəhərinin İslahiyə mahalına gəlib. Buradan isə hərbi texnikalar Hataya göndərilib. TIR-ların Suriyadakı hərbi bazalara yerləşdiriləcəyi bildirilib. (Axar.az)
Read More »“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır… – Foto
İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur. Boyukmillet.com xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur. Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə …
Read More »Son dəqiqə : Türkiyə dəstəkli Suriya Milli Ordusu Əsəd və Rusiya qüvvələri üzərinə hücuma keçdi – İki kənd alındı
Suriya Milli Ordusu Türkiyənin nəzarətində olan “Fərat qalxanı” ərazisindən Rusiya və Əsəd rejiminin birgə əməliyyat apardığı bölgəyə qarşı hücuma keçib. Boyukmillet.com xəbər verir ki, əvvəlki adı Azad Suriya Ordusu olan SMO Əl Bab şəhərinin cənubunda əməliyyata başlayıb. SMO daha əvvəl Türkiyə ordusu ilə birgə “Zeytun budağı” və “Barış Pınarı” əməliyyatlarında iştirak etmişdi. Son məlumata görə, müxaliflər Əl Babın cənubunda üstündə Rusiya …
Read More »Zəlzələ sakinləri küçədə gecələməyə vadar etdi – FOTO
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda gecə saatlarında iki zəlzələ baş verib. “Haber Global”ın yaydığı məlumata görə, yerli vaxtla 02:32-də baş verən zəlzələ 4,5 bal gücündə olub. Zəlzələnin episentrinin 6.97 kilometr dərinlikdə olduğu bildirilib. Saat 03:03-də eyni ərazidə yenidən zəlzələ baş verib. Bu zaman 4,2 bal gücündə olan zəlzələnin episentri 7,03 kilometr dərinlikdə olub. Bundan əvvəl Türkiyədə baş verən zəlzələnin qorxusunu …
Read More »Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə konfrans keçirildi
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda RAGB-nin fəalları, Azərbaycan diasporunun, Rusiyanın dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri, bloqqerlər iştirak ediblər. Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub. RAGB layihələrinin əlaqələndiricisi Ramin …
Read More »Naxçıvanda da koronavirusla bağlı xüsusi palatalar ayrıldı
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirus aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstəlik viruslarının artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması davam etməkdədir. Qeyd olunub ki, muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
