Dördüncü ya beşinci sinfində oxuyanda bir gün xəbər çıxdı ki, məktəbimizdə hansısa qocaman bolşeviklə görüş keçiriləcək. Tapşırdılar ki, səliqəli geyinək, pionerlər mütləq qalstuk taxsınlar. Ayrıca iclas salonu olmadığından partaları çıxarıb enli koridora düzdülər. Təyin olunan gün qocaman bolşevik gəldi. “Qocaman” deyəndə bəlkə də mənim indiki yaşımdan daha cavan idi. 20-ci illərin sonunda Cəbrayıl qəza komitəsində (bu bölgə camaat arasında daha …
Read More »Cahandar Bayoğlu: “Primakovların, qraçovların və barannikovların ölməsinə baxmayaraq hələ də onların ruhlarına belə, xidmət edənlər var”
Azərbaycanda ciddi islahatlar başlanıb. Kadr və struktur islahatlarından sonra erkən parlament seçkilərinə qərar verildi. Bu proses cəmiyyətdə köhnə təfəkkürlü məmurların yeni siyasət daşıyıcıları ilə əvəzlənməsi kimi başa düşülsə də, bütün bunların hansı uğurlara gətirib çıxaracağı təəssüflər olsun ki, cəmiyyətlə bölüşülmür. Birləşmiş Azərbaycan Yurdları Ocağının başqanı Cahandar Bayoğlu ilə baş verənlərə aydınlıq gətirməyə çalışdıq. – Cahandar bəy, son dönəmdə ölkədə kadr …
Read More »2019-cu ildə quruculuq işləri Naxçıvanın rayonlarını da geniş əhatə edib
BOYUKMİLLET.COM NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qeyd edilib ki, əsas kapitala investisiya qoyuluşlarının həcmi tikinti-quruculuq işlərinin genişlənməsinə, kəndlə şəhər arasındakı fərqin ortadan qaldırılmasına, rayonların tarazlı inkişafına mühüm təsir göstərir. Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin edib, …
Read More »Yeni “trend”ə daha bir icra başçısı qoşuldu: Qazini ziyarət etdi – Fotolar
Ağstafa rayon icra başçısının həbsindən sonra digər icra başçıları xalqa xidmət etmək üstündə sanki yarışa çıxıblar. Onlar son günlər çəkdirdikləri fotolar ilə gündəm olublar. Bu günə kimi vətəndaşlarla foto çəkdirməyən icra başçıları artıq vətəndaşların qonağı olub onlarla xatirə şəkili çəkdirir. Gündəmin növbəti fotoları Ağdam rayon icra başçısı Vaqif Həsənova məxsusdur. Vaqif Həsənov qazilərimizdən birinin qonağı olub. Və çəkdirdiyi fotonu Ağdam …
Read More »Ali Məclisin Sədri: “2020-ci ildə də Naxçıvanda inkişaf davamlı xarakter alacaq”
“Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcək”. Bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov deyib. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edən V.Talıbov …
Read More »Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib
Birinci vitse-Prezident Mehriban Əliyevanın sifarişi ilə Azərbaycanda Koroğlunun nəhəng heykəli ucaldılacaq. Bu barədə məlumatı Xalq rəssamı Ömər Eldarov BakuPost-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub: “Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”. Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq: “Orda dağın ön hissəsində …
Read More »Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib – FOTOLAR
BOYUKMILLET.COM NUHÇIXAN-a istinadən xəbər verir ki, dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib: 1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi4. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi5. …
Read More »Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi
Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib. Müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov səhvə yol verib. Bu məqam dövlət başçısının diqqətindən qaçmayıb: Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə …
Read More »Məşhur Türkiyə serialına görə kanal cəzalandırıldı
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Çukur” serialını yayımlayan Show TV-ni cəzalandırıb. Buna səbəb sözügedən ekran işində silahın təbliği və işgəncə səhnələrinə yer verilməsi olub. RTÜK həmin serialdan qaynar xətlərinə 3 min 382 şikayət daxil olduğunu açıqlayıb. Ekran işindən əldə olunan gəlirin 2 faizi qurumun hesabına köçürüləcək.
Read More »Ərdoğandan “soyqırım” açıqlaması: Sübut yoxdur…
Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Ankara dəfələrlə Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa çağırsa da, İrəvan bundan imtina edir: “Ermənistanın arxivləri açmamasının səbəbi odur ki, heç bir erməni soyqırımı olmayıb”. R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı 1,5 milyon …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
