Cümə , 5 Dekabr 2025

Dünya

Sabah Paşinyan Moskvaya səfər edəcək

Mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, orada hökumət başçısı mayın 9-u, axşamadək qalacaq.

Read More »

Türkiyənin İsveçdən tələbi budur – Çavuşoğlu

İsveçin NATO-ya üzvlüyü prosesində irəliləyiş yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Stokholm əvvəllər dəfələrlə dediklərimizi indi etiraf edir. Bəs bizim tələbimiz nədir? Terrorçular. Yəni terrorun təbliğatı, pul yığımı olmasın. NATO-ya üzv olmaq istəyən ölkədə bu düzgündürmü?”, – Çavuşoğlu bildirib.

Read More »

Rusları hər yerdə öldürəcəyik – Budanov

Ukrayna rus işğalçıları ilə tam qələbəyə qədər mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rusiyalı təbliğatçıların öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. “Bu məsələni davam etdirməyin. Deyə biləcəyim budur ki, Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürürük və öldürəcəyik”, – Budanov bildirib.

Read More »

Ukrayna HHQ rəsmisi Rusiyanın hansı zərbələrinin qarşısını ala bilmədiklərini açıqlayıb

“Düşmən müxtəlif silahlardan istifadə etməklə Ukrayna ərazilərinə zərbələr endirir. O, təxminən 1 aydır ki, idarə olunan 500 kq, 250 kq, 1 ton və 1,5 ton çəkidə olan aviabombalardan istifadə edir”. “Onlar GPS naviqasiya ilə təchiz olunub. Bu, həmin bombalar vasitəsilə Ukraynanın işğal altındakı ərazilərindən və Rusiya ərazisindən zərbələr endirməyə imkan verir. Buna görə də Ukraynanın hava hücumundan müdafiə sistemləri onları …

Read More »

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə isitnadən icmalı təqdim edir:

Read More »

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirib. Boyukmillet.com-un məlumatına görə, bu münasibətlə çıxış edən AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür.”Onun ölkəyə rəhbərliyinin I dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyulub. …

Read More »

Moskvada PUA-ların uçuşu qadağan edildi

Paytaxt Moskvada PUA-ların uçuşuna qadağa qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin qərarında qeyd olunub. Məlumata görə, qadağa hökumət orqanlarının qərarı ilə istifadə olunan PUA-lara şamil edilməyəcək. Qeyd edək ki, Rusiya prezidentinin mətbuat xidməti bu gecə Ukraynaya məxsus iki PUA-nın Kremlə hücum etdiyini açıqlamışdı.

Read More »

Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub

Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyi paytaxtdakı Vladislav Ribnikar adına orta məktəbin 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığını, hadisə nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. Beş şagirdin isə yaralandığı bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. …

Read More »

Mövlud Çavuşoğlu: “Daha böyük və güclü Türkiyəni formalaşdırmaq məqsədimizə çatacağıq”

“Antalya Diplomatiya Forumu” nəticəsində Antalya diplomatiyanın mərkəzinə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada media nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, artıq dünyadakı məsələlər Antalyada müzakirə olunur: “Həmçinin Antalyada yüzlərlə müxtəlif səviyyəli diplomatik görüşlər, müzakirələr keçirilib”. Nazir xatırladıb ki, hər şeyin kökündə dayanan təhsildir: “Hazırda Antalyada 5 universitet fəaliyyət göstərir və onların sayını …

Read More »

QHT rəhbəri: “Tərtərdəki mina partlayışı terror hadisəsidir”

“Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında söyləyib. Ötən gün mina partlayışı nəticəsində 3 nəfərin həyatını itirdiyini xatırladan U.Mirzəyev deyib ki, bu ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib: “Hadisənin detallarını görəndə …

Read More »