Bu gün Masallı rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axeber.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 km şimal-şərqdə Masallı ərazisində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Read More »Mövlud Çavuşoğlu: “Türkiyə ona qarşı sanksiyalara cavab verəcək”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin ABŞ-ın “ZRK Patriot” zenit-raket komplekslərini almağa hazır olduğunu bildirib. “Report” “Al Manar” telekanalına istinadən xəbər verir ki, bu barədə nazir Dohada (Qətər) keçirilən işgüzar forumda bildirib. “Türkiyə ABŞ-ın əvvəlki kimi müttəfiqimiz olmasına inanır və biz onların müttəfiqiyik. Heç kim S-400 alması üzrə Rusiya ilə sazişi ləğv edə bilməz, bu baş tutmuş sazişdir. Rusiyanın təklifi daha çox əlverişli …
Read More »Bakı sakinlərinin illərdir gözlədiyi metrostansiya hazırdı – Açılış vaxtı bilindi
“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq. Boyukmillet.com xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir. Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum …
Read More »Bakıda ‘3-cü mikrorayon bazarı’ yanır
14 Dekabr, 2019 17:51 xeber – Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və “3-cü mikrorayon bazarı” kimi tanınan ərazidə yanğın başlayıb. “Report” xəbər verir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Read More »Elvin İsayev Azərbaycana deportasiya edildi – RƏSMİ
Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib. Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğunun …
Read More »Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ
“Heydər Əliyev İnstitutunun yaradılması ideyası çox yaxşıdır. Belə bir institutun yaradılmasını mən də çox istəyirəm. Heydər Əliyev irsi daha yaxşı öyrənilməlidir”. Bu fikirləri AMEA-nın Tarix İnstitunun direktor müavini Cəbi Bayramov Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərlinin Heydər Əliyev institutunun yaradılması ideyasına münasibət bildirərkən deyib. O bildirib ki, Heydər Əliyev Azərbaycana uzun illər rəhbərlik edib və onun irsi tədqiq olunmalıdır: “Heydər …
Read More »Dağlıq Qarabağın azərbaycanlı icmasından misilsiz aksiya
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın üzvləri Avropa Parlamentinin 751 deputatına məktub göndərib. İcmadan verilən məlumata görə, məktubda icma üzvləri Avropa Parlamentində təmsil olunan deputatlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası və qorunması, onların öz yurdlarına geri dönməsi istiqamətində qətiyyətli qərarlar qəbul edəcəyinə və ədalətli mövqe göstərəcəklərinə dair əminliklərini bildiriblər. “Dünyada qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının arxa …
Read More »Bu gündən çip oxuyan qurğular seçki məntəqələrinə paylanılacaq
“Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb. Ölkə vətəndaşlarının böyük bir qisminə yeni şəxsiyyət vəsiqələri təqdim olunub. Yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yaşayış yeri göstərilmir. Həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb”. APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, artıq …
Read More »Sima Babayeva: ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik …
Read More »Ermənistanın Naxçıvanla sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb
Boyukmillet.com nuhçixan-a istinadən xəbər verir ki, dərin iqtisadi böhran nəticəsində işğalçı Ermənistanın Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası ilə sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb. Yaranmış vəziyyətdən qurtulmağa çalışan hökümət bir sıra sosial proqramlar icra etməyə çalışsa da nəticə dəyişmir. Bu barədə deputat Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb: “Bu gün, uzun danışıqlardan sonra yerli iş adamları və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
