Cümə , 27 Fevral 2026

Dünya

ABŞ-la Rusiyanın sualtı gəmiləri arasında döyüş – Atom sualtı qayığı raketlə vururlub?

Rusiya və ABŞ iki ölkənin sualtı qayıqları arasında baş vermiş döyüş toqquşmasına görə təcili məsləhətləşmələr aparır. Bu sensasion informasiyanı İsrailin hərbi-kəşfiyyat dairələrinə bağlı DEBKAfile portalı yayıb. Adı açıqlanmayan hərbi qaynaqlara istinad edən sayt bildirir ki, insident Alyaska yaxınlığında, Amerikanın ərazi sularında ABŞ donanmasının sualtı qayığının Rusiyanın atom sualtı qayğını nəzarət altına almaq cəhdi zamanı baş verib. Rusiyanın strateji sualtı qayğını …

Read More »

SON DƏQİQƏ: Hava limanında ərəbistanlı sərnişinlər GÜLLƏLƏNDİ – VİDEO

Pakistanın Lahor beynəlxalq hava limanında silahlı insident baş verib. boyukmillet.com yerli mənbələrə istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan şəxsin tapanca ilə açdığı atəş nəticəsində 2 nəfər həyatını itirib. 3 sərnişin yaralanıb. Məlumata görə, silahlı Səudiyyə Ərəbistanından gələn sərnişinləri hədəfə alıb. Şübhəli polis tərəfindən zərərsizləşdirilərək, nəzarətə götürülüb. Hadisənin şəxsi münaqişə zəmnində baş verdiyi güman edilir. 

Read More »

Erməni mediası Rusiya-Türkiyə yaxınlaşmasını açıq şəkildə Ermənistana zərbə perspektivi kimi dəyərləndirməyə başlayıb

“Ermənilər narahatdırlar ki, Rusiya-Türkiyə yaxınlaşması fonunda Azərbaycan hərbi əməliyyatlara başlayacaq” Erməni mətbuatının yazdığına görə, regionda vəziyyət sürətlə Ermənistan əleyhinə dəyişməyə başlayır. Bununla bağlı bir sıra arqumentlər irəli sürülüb. Burada, həmçinin, o da qeyd edilir ki, xüsusən də Türkiyə və Rusiya formatında İrəvana təzyiqlər artır. Azərbaycan isə bu münasibətdən istifadə edərək Ermənistanı daha ağır duruma salır. Erməni mətbuatı son illlər Rusiya-Türkiyə …

Read More »

Yaponiyadan Türk dünyasına örnək addım – Uyğurların lideri Çin rejiminə qarşı aksiyalar düzənlədi – FOTOLAR

Yaponiya hökuməti Çinin basqılarına boyun əyməyərək G-20 öncəsi Dünya Uyğur Konqresinin rəhbəri Rabia Kadiri ölkəyə buraxıb. Zirvə toplantısının təşkil olunduğu Osaka şəhərində Çin zülmünə qarşı etiraz aksiyasının keçirilməsinə də icazə verilib. Aksiyada yapon aktivistlər, R.Kadir və onu müşayiət edən uyğurlar iştirak edib. Bütün türk və müsəlman ölkələrinin öz qapılarını uyğurların lideri Rabiyə Kadirin, hətta sıravi uyğurların üzünə bağladığı bir dünyada …

Read More »

Tbilisidə yenidən etiraz aksiyası başlayıb

Tbilisidə Gürcüstan parlamentinin binası önündə etiraz aksiyası bərpa olunub. “Report”un yerli bürosu xəbər verir ki, onikinci gündür keçirilən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır. Aksiyaya müxalifət partiyalarının nümayəndələri də qatılıb. Parlamentin binası qarşısında quraşdırılmış çadırlarda 5 gənc eyni tələblə aclıq aksiyasını davam etdirir.

Read More »

ABŞ dəstəkli qiyamçı general Türkiyəni düşmən elan etdi, 6 türk işçi girov götürüldü : Rəsmi Ankara Hafter güclərini vuracağını açıqladı

Liviyada hökumətə qarşı hərbi qiyama başlamış ABŞ dəstəkli general Hafterin sözçüsü Əhməd Buzeyd əl-Mismari Türkiyəni düşmən elan etdiklərini açıqlayıb.  boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Liviyanın bir hissəsini ələ keçirən Hafterin sözçüsü Mismari ölkənin su sərhədlərinə yaxınlaşan Türkiyə  gəmilərinin hədəfə alınması istiqamətində göstəriş verdiklərini, ölkədəki  Türkiyə hədəflərinin vurulacağını açıqlayıb.  Mismari Liviyadakı Türkiyə şirkətlərinin də ölkədən çıxarılacağını qeyd edib. Hafter gücləri Liviyanın paytaxtını …

Read More »

Avropa ölkələri hərbi internet yaradır

Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər. boyukmillet.com xəbər verir ki, bu haqda “ZDNet” nəşri yazıb.Məlumata görə, müvafiq razılaşma Brüsseldə NATO ölkələri nazirlərinin iclasında Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında imzalanıb.“Tactical Edge Networking” (TEN) adlandırılacaq yeni şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.TEN mənzil-qərargahı Almaniyanın Koblents şəhərində yerləşdiriləcək, …

Read More »

Ərəbin əxlaqsız hərəkətinə görə neftçilər üsyana qalxdı

Qazaxıstanın Atırau vilayətində neftçilərin yaşadığı və işlədiyi Tengiz qəsəbəsində ərəb mənşəli şəxsin WatsApp-da yerləşdirdiyi fotoya görə etirazlar başlayıb. Virtualaz.org qazax mənbələrinə istinadən xəbər verir ki, dünən iyunun 29-da saat 11.00 radələrində “Сohsolited Contracting Endihering and Prourement S.A.L Offshore (CСЕР)” neft servis şirkətinin fəhlələri iş sahəsinə yığışıblar və şirkətin Eli Daoud adlı liviyalı işçisinin WatsApp profilində yerləşdirdiyi fotoya görə etiraz ediblər. Həmin fotoda …

Read More »

«Dünya birliyi qaçqınlara kömək yükünü Türkiyə ilə bölüşməlidir» – Ərdoğan

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti xəbər verib ki, hazırda ölkə ərazisində Suriyadakı münaqişədən qaçmış «milyonlarla qaçqın» yaşayır. Prezident dünya birliyini öz ölkəsi ilə qaçqınlara kömək yükünü bölüşməyə çağırıb. Bu çağırışla Türkiyə lideri şənbə günü G20 sammitinin yekun mətbuat konfransında çıxış edib. «Biz, Türkiyənin qaçqın məsələsində göstərdiyi səylərdən xəbər verdik. Biz, bu işə 37 milyard dollardan artıq xərcləmişik. Beynəlxalq birlik bizimlə bu …

Read More »

“Harada türk gəmisi, təyyarəsi gördünüz, vurun!” – Xəlifədən göstəriş

Liviya Milli Ordusu (LNA) paytaxt Tripoli yaxınlıqlarında strateji əhəmiyyətə malik qəsəbənin işğalı zamanı düşmənə dəstək verməkdə günahlandırdığı Türkiyə gəmilərini və təyyarələrini vuracağını açıqlayıb.Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, Liviya ordusunun mətbuat katibi Əhməd əl Mismari bildirib ki, son həftələr Tripolidə baş verən atışmalarda Liviya ərazisi qeyri-qanuni şəkildə Türkiyə ordusunun hücumuna məruz qalıb.Mismari həmçinin Liviyadan Türkiyəyə ticari məqsədlə yola düşəcək bütün …

Read More »