Bazar ertəsi , 14 Sentyabr 2026

Dünya

Əli Kərimlinin mühafizəçisi həbs edildi

AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib. Boyukmillet.com bildirir ki, Unikal.org-a AXCP-dən verilən məlumata görə, Ruslan Əmirli inzibati xətalar məcəlləsinin xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb. Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə R.Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.

Read More »

Son dəqiqə : Türkiyə kəşfiyyatı və ordusundan Qəndildə böyük əməliyyat : PKK terror təşkilatının 2 əsas “lideri” məhv edildi (FOTO)

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT)  və Silahlı Qüvvələrinin Qəndildə PKK-ya qarşı keçirdiyi birgə əməliyyat nəticəsində terror təşkilatının “liderlərindən” olan, “qırmızı” kateqoriyada axtarışa verilən Gülüzar Tural məhv edilib.Boyukmillet.com xəbər verir ki, MİT və TSK Qəndildə terrorçulara təlim verilən bir binada əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində PKK/KCK “idarə şurası”nın üzvü, “Pelşin Tolhidan” kod adlı Gülüzar Tural öldürülüb.   Terror təşkilatının “liderlərindən” sayılan …

Read More »

Fərasət Qurbanov CANLI YAYIM-da QHT-lərin suallarını cavablandıracaq

Şura yeni xidmətin tətbiqinə başlayır!QHT.az xəbər veri ki, 11 sentyabr, 2019-cu il, saat 15:00-da SƏLİS-in e-məsləhət xidmətinin tətbiqinə başlanılacaq.Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun rəsmi feysbuq səhifəsində canlı yayımda çıxış edəcək, həmçinin QHT-lərin suallarını cavablandıracaq.

Read More »

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” – Sabah bədii tədbir keçiriləcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə 12 sentyabr 2019-cu il saat 18:00-da 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 101 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçiriləcək.Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ədəbi-bədii tədbirdə Türkiyədən olan qonaqlar …

Read More »

Onlar da şəhid hesab ediləcək – QƏRAR

Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər …

Read More »

Azərbaycanda müəllimlərin maaşları yenidən artdı – CƏDVƏL

Azərbaycanın Baş Naziri Novruz Məmmədov dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi barədə qərar verib. Boyukmillet.com – un məlumatına görə, qərarda deyilir: ““Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli …

Read More »

İraqda “Aşura” mərasimində FACİƏ: 31 ölü, 100 yaralı

İraqın Kərbəla şəhərində “Aşura” mərasimində yaşanan izdiham nəticəsində 31 nəfər ölüb, 100 nəfər yaralanıb. Boyukmillet.com xarici KİV-lərə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözcüsü Seyf-əl-Bədir, verdiyi açıqlamada Kərbəladakı “Aşura” günü mərasimləri çərçivəsində təşkil edirən “Tuveriç Yürüşü” əsnasında izdiham yaşandığını deyib. Yaralılar xəstəxanalara aparılıb.

Read More »

18 yaşlı qızı oğurlayan kişi “Ekologiya postu”nda saxlanılıb

“Ekologiya postu”nda adam oğurlayan şəxs saxlanılıb. “Report”un xəbərinə görə, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb. Hadisə Bakı şəhərində qeydə alınıb. Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov qızı idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakıdan Sumqayıt …

Read More »

Sabah iqtidar və müxalifət bir araya gələcək

Fəzail Ağamalı: “Tədbirdən ciddi nəticələr gözləyirəm” Sentyabrın 11-də saat 11:00-da ölkə iqtidarı və müxalifəti “Park İnn” hotelində toplaşacaq. Dəyirmi masa formatında keçiriləcək tədbirin əsas mövzusu xaricdən Azərbaycana qarşı təhdidlərin artması olacaq. Toplantının keçirilməsi  təşəbbüsü ilə Ana Vətən Partiyası çıxış edib. Dəyirmi masaya Azərbaycandakı bütün siyasi qüvvələr, tanınmış QHT-lər, media kapitanları və müstəqil siyasi ekspertlər dəvətlidir. Tədbiri keçirməkdə əsas niyyət Azərbaycanda …

Read More »

“GENERAL MƏNİ HƏBSLƏ TƏHDİD EDİR…” – DYP inspektorundan Daxili İşlər nazirinə müraciət

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Məhərrəmov Malik İbad oğlu “AzPolitika.info” saytı vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: “Cənab nazir, bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tərəfindən təhdid olunduğuma görə Sizə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldım. Məruzə edərək bildirirəm …

Read More »