Cümə , 27 Fevral 2026

Dünya

Azay Quliyev “e-vətəndaş” proqramında iştirak aktivliyinə görə təşəkkür etdi

“Bu gün Şuraya təqdim olunan layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi uğurla başa çatdı. SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk dəfə tətbiq olunmasına baxmayaraq 11358 nəfər bu prosesdə iştirak etdi”. boyukmillet.com  xəbər verir ki, bu sözləri Şura sədri Azay Quliyev tvitter hesabında yazıb. O, yüksək fəallıq nümayiş etdirən hər kəsə təşəkkür edib. Qeyd edək ki, Şuranın yeni brendi olan #SƏLİS Xidmətinə daxil olan e-vətəndaş …

Read More »

Andranikin qulağını kəsmiş məşhur azərbaycanlının nəvəsi Türkiyədən Azərbaycana yazdı…

Yücel Laçın: “Sultan bəyin Azərbaycandan olan bütün yaxın qohumları həmin məzarı ziyarət edib, onun başında şəkil də çəkdiriblərsə, burada əlavə söz-söhbətə nə ehtiyac var?” Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı, erməni generalı Andranik Ozanyanın qoşununu darmadağın edən, hətta bəzi bilgilərə görə, onun qulağını kəsən Sultan bəy Sultanovun məzarının Türkiyənin Qars vilayətinin Koçköy kəndində olması …

Read More »

Əmisi oğlu ilə nişanlandı, dayısı oğluna qoşulub qaçdı

İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib. boyukmillet.com -un əldə etdiyi məlumata görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur. Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblərmiş.  Quşencə bələdiyyəsinin …

Read More »

Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başladı-Təlimdən real görüntülər – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun məbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və …

Read More »

Adambaşına 25 manat fitrə bir ailə üçün nə deməkdir…

Hacı Təyyar Hüseynli: “Hesab edirəm ki, bayram günlərində insanların 25 manat həcmində fitrə, zəkat verməli olduğunu iddia edən adamlar bu bayramdan sui-istifadə edənlərdir” “Ailədə 4 nəfər varsa, o ailə 6 manat həcmində fitrə, zəkat verməlidir”   Ölkəmizdə yüksək səviyyədə keçirilən müqəddəs Ramazan bayramında hər bir ailə yetim-yesirə, kasıb-kusuba, əlsiz-ayaqsıza, bir sözlə, ehtiyacı olanlara fitrə-zəkat verdi. Ümumiyyətlə, Ramazan bayramının özəlliklərindən biri …

Read More »

Yay turizmi üçün ideal məkan – Naxçıvan FOTOREPORTAJ

Qarşıdan isti yay günləri gəlir. Yay aylarının qızmar günlərində zirvəsi qarla örtülən dağlar, dərələrdən şırıl-şırıl axan çaylar, al-əlvan çiçəklərlə bəzənmiş yamyaşıl yamaclar, qoynunda minlərlə növbənöv ağaca, müxtəlif canlılara yer vermiş meşələr. Yay turizmi üçün ideal məkan olan Naxçıvan Muxtar Respublikasına səyahətə gələn hər bir qonaq bütün bunları öz gözləri ilə görə bilər. boyukmillet.com xəbər verir ki, vaxtilə ərazisinin yalnız 0,6 faizi …

Read More »

Azərbaycanlılardan İranda BİR İLK – Yas mərasimində saz havaları – TƏSİRLİ VİDEO

Sərt islami qaydaların hökm sürdüyü İran İslam Respublikasında bir ilk yaşanıb. boyukmillet.com xəbər verir ki, Miyana şəhərindən Azərbaycan türkü olan Aşıq Bulud Cəvadi dünyasını dəyişib. Aşıqla vida mərasimi ənənəvi qaydalardan fərqli həyata keçirilib.  Belə ki, ustad Aşıq Buludun son mənzilə yola salınması saz havalarının müşayiəti ilə həyata keçirilib.

Read More »

Sabah Azərbaycanda temperatur 37 dərəcəyə yüksələcək

    İyunun 7-nə olan hava proqnozu açıqlanıb.    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən boyukmillet.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.   Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində …

Read More »

Jurnalist Fuad Abbasov on gün ərzində Rusiyadan deportasiya ediləcək – YENİLƏNİB

Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb. boyukmillet.com Reporta istinadən məlumat verir ki, pprosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmənin qərarına əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir. Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun şikayəti əsasında məhkəmə başlayıb. Şikayətə Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyasında baxılır. Qeyd edək ki, Rusiyanın …

Read More »

Cavid Qurbanov ötən il 3 milyona aldığı vaqona bu il 15 milyon ödəyib: ADY isə səbəbləri açıqlamır

Xəbər verdiyimiz kimi, bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb.   İki sərnişin vaqonu üçün isə ADY  30.384.560 (30 milyon 384 min 560) dollara ödəyib.  Bu barədə məlumatı isə Dövlət Statistika Komitəsi yayıb. Maraqlıdır ki, ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə …

Read More »