Ağdam rayonunun təmas xəttinə yaxın yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır. Ağdam …
Read More »Müharibə veteranlarına avtomobillər təqdim olunub
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da – …
Read More »BDM-də yeni təyinat
Beynəlxalq Diaspor Mərkəzində yeni təyinat olub. BDM mətbuat xidmətindən verilən məlumata əsasən mərkəzin sədri İsmayıl Ağayevin əmri ilə Aslanova Zəhra Əliağa qızı Departament rəhbəri vəzifəsinə təyin olunub.
Read More »Eyni rayonun icra başçısı, polis rəisi və məhkəməsi bir jurnalistə qarşı səfərbər olub – FOTO
Abşeron rayonunda olduqca kuryoz sayıla biləcək bir hadisə baş verib. Həmin rayonun İcra Başçısı İradə Gülməmmədova və polis rəisi Şəmşirli Şəhriyar Qəmbər oğlu birgə imzaladıqları şikayət ərizəsi ilə elə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, sayt rəhbərinin həbsinə nail olmaq istəyirlər. Bu barədə məlumatı “Xeber-Xetti.az” saytının rəhbəri Mirəziz Əzizov öz “Feysbuk” səhifəsində yazıb. Onun paylaşdığı məlumatlardan görünür ki, artıq Məhkəmə xüsusi …
Read More »Xalq artisti Arif Məlikov dünyasını dəyişdi
Azərbaycan Respublikasının xalq artisti Arif Məlikov 86 yaşında vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ONA-ya məlumat verib. Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub. Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə …
Read More »Nəsib Məhəməliyev Balakəni ekoloji fəlakətlə üz-üzə qoyur – FOTOFAKT
boyukmillet.com diaspor.info-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Şamil Məhəməliyev Balakən rayonunun Hənifə kəndində qanunsuz fəaliyyət göstərən kərpic zavodu açaraq Meşə Şambul, Şambul, Mahamalar kəndlərinin inzibati ərazisinə daxil olan kənd təsərrüfatı təyinatlı, əkinə yararlı sahələri məhv etməklə məşğuldur. Neçə ildir ki, fəaliyyət göstərən kərpic zavodunda adıçəkilən kəndlərin yararlı torpaq sahələri qazılaraq xammal kimi istifadə olunur. Adıçəkilən kəndlərin …
Read More »Aydın Mirzəzadədən REAKSİYA: “Uşaqdan popkorn almaq lazım idi…”
Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun “Azneft” meydanında yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etiraza sosial şəbəkə hesabından münasibət bildirib. Millət vəkili bu məsələdən çox təsirləndiyini qeyd edir: “O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə …
Read More »Azərbaycanlı xeyriyyəçinin 62 yaşı tamam olur
Xeyirxahlıq İlahi əməllərdəndir. Bunu hər kəs bacara bilməz. O qədər imkanlı iş adamları, kifayət qədər zəngin vəzifə sahibləri tanıyırıq ki, heç vaxt bir yetimi sevindirməyiblər. Ona görə yox ki, onlar bunu bacarmırlar, ona görə ki, bunun üçün Allahın izni olmayıb. Və heç bir zaman bu izni Tanrıdan diləməyiblər… Haqqında söhbət açmaq istədiyim insan uzun yol keçib. Ac qalıb, çətinliklər görüb, …
Read More »Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın vəfatından 2 il ötür. Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır. Yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var. boyukmillet.com xəbər verir ki, respublikanın tanınmış kimyaçı alimi, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan …
Read More »Rza Talıbov Heydər Əliyevin nadir fotosunu yaydı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Heydər Əliyevin nadir fotosunu paylaşıb. R.Talıbov İnstaqram hesabında sözügedən fotonu paylaşaraq, onun 1991-ci ildə çəkildiyini qeyd edib: “1991-ci il. Burada niyə gülürdüm, xatırlamıram. Qəlbimdə, ağlımda yaşayan şəxsiyyət”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar