Bazar ertəsi , 4 İyul 2022
Home » Dünya » Xosrov bəy Sultanovun 140 illiyi keçirildi – FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi – FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedia.az saytının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Azərbaycanın ilk hərbi naziri, ikinci kabinetdə əkinçilik və əmlak naziri, Qarabağın general-qubernatoru,  Xosrov bəy Sultanovun 140 illiyi münasibəti ilə tədbir keçirilmişdir. 

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Tədbiri giriş sözü ilə Laçın rayonunun tanınmış ağsaqqalı Qəzənfər Hüseynovaçmışdır. 
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
boyukmillet.comxəbər verir ki, martın 16-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Xosrov bəy Sultanovun yubileyi ilə bağlı keçirilmiş tədbirdə çıxış edən Cümhuriyyət tarixinin dəyərli araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu  Xosrov bəyin ibrətamiz həyat və fəaliyyəti, Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsi, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlər haqda çoxlarının bilmədiyi faktlardan danışıb. 

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Nəsiman Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə müraciət ünvanlanmasını təklif edib. Alim qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.

Yubileydə Milli Məclisin deputatı Fazil Mustafa, 2012-ci ildə Xosrov bəyin qardaşı, xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə nail olmuş Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, tarixçi alimlər Şikar Qasımov, Ələmdar Şahverdiyev, tədqiqatçı Nazir Əhmədli, Xosrov bəyin qardaşı nəvəsi Laçın Paşayev, tədbirin təşkilatçılarından, gənc araşdırmaçı, Dr. Orxan Cəbrayıl və digərləri çıxış edib. 

Sonda tədbir təşkilatçılarından Qəzənfər Hüseynov çıxış edərək təşkilat komitəsinin yaradılması və Xosrov bəy Sultanovun 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət hazırlanmasını təklif etmişdir.
Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində  keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə  müraciət ünvanlanmasını təklif edib.  Alim  qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə  Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib.  

Qısa tanıtım:

Xosrov bəy Sultanov  -1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub. 

1919-cu ilin 15 yanvarında Xosrov vəy Qarabağın general qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıtmışdır.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də, məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Check Also

Marsdan unikal görüntülər: Çin ilkə imza atdı – FOTO

“Tianwen-1” kosmik planetlərarası stansiyası əsas missiyasını başa vuraraq Marsın qlobal tədqiqini başa çatdırıb. Boyukmillet.com xəbər …