Şənbə , 7 Noyabr 2026

Dünya

Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib – RƏSMİ

Həbsdə olan “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti (PX) məlumat yayıb. Bildirilib ki, hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Taleh Kamil oğlu Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini Leyla Miryaqub qızı İsmayılzadə tərəfindən gətirilən sovqata …

Read More »

Saxta din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq – RƏSMİ

Dini bilikləri olmayan şəxslər din xadimi kimi çalışa bilməyəcək. Bu barədə Boyukmillet.com-un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, attestasiyanın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin kənarlaşdırılmasıdır: “Bu sahədə dini bilikləri olmayan, lakin özünü din xadimi kimi təqdim edərək fəaliyyət göstərən şəxslər var. Bizim məqsədimiz həmin şəxsləri bu sahədən kənarlaşdırmaqdır. Din xadimlərinin attestasiyadan keçirilməsi …

Read More »

Naxçıvanda “Novruz qatarı” insanlara xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib-FOTO

21 mart tarixində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 180 gəncin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunub. Boyukmillet.com xəbər verir ki, ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil olunmuş, müxtəlif yarışlar keçirilmiş, musiqi nömrələri səsləndirilmişdir. Qeyd edək ki, 3 müasirtipli sərnişin vaqonu Novruz bayramına məxsus atributlarla bəzədilmiş şəkildə hazırlanmış Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılmışdır. Vaqonlarda …

Read More »

Pakistan prezidenti: “Ermənistanı bir dövlət kimi tanımırıq”

Pakistan prezidenti Arif Alvi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan prezidentinin salamlarını A. Alviyə çatdırıb. Azərbaycanın Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.Pakistan Prezidenti A. Alvi öz …

Read More »

Vətənə dayaq olanlar-Mətanət Əsgərqızı

Bu bayram günlərində Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti Füzuli Məmmədov daha üç qaziyə ev bağışladı. Vətənə dayaq olmağı hər kəs bacarmır. Hərə bunu bir cür anlayır, hərəkət edir. Bu yazıda məhz vətənə dayaq olandan danışacam …həyatında yeni bir ənənənin də əsasını qoyub. Həmin ənənəni ilk olaraq ulu öndər Heydər Əliyevin 94 illik yubileyində vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən iki …

Read More »

Azərbaycanın məşhur universitetinin alimi İSTEFA VERDİ – Açıqlaması ilə ŞOK ETDİ

  Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib. boyukmillet.com xəbər verir ki, istefasına Mail Yaqub sosial şəbəkə hesabında aydınlıq gətirib. Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir. Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə …

Read More »

Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib – FOTOLAR

Tanınmış iş adamı, “Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti” Fizuli Məmmədov ermənilərə əsir düşməmək üçün özünü partladan kəşfiyyatçımıza Novruz hədiyyəsi olaraq ev bağışlayıb. Aqil Əhmədovla bağlı qaynaqlardakı məlumat bir qəhrəmanlıq nümunəsidir: “1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. Döyüşçülər erməni mühasirəsinə düşsələr də, üç gün təslim olmayıblar. Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin …

Read More »

Maduro islamı qəbul edə bilər – Çavuşoğludan şok

Venesuela lideri Nikolas Maduro “Diriliş Ərtoğrul” teleserialı sayəsində islamı qəbul edəcəyini istisna etməyib. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Diriliş Ərtoğrul” teleserialının yaradıcı heyəti ilə görüşündə deyib. “Sentyabr ayında Venesuelaya səfərimdə ikitərəfli görüşlər keçirdim. Maduro, “Bu teleserial əsl islamı öyrədir və bəlkə bu serial sayəsində müsəlman olarıq” dedi”, – Çavuşoğlu bildirib. 

Read More »

“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb – FOTOLAR

  Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında vacib məsələlərdən biri də müasir xidmət sahələrinin yaradılmasıdır. Muxtar respublikada turistlərin tələbatına uyğun xidmət sahələrinin yaradılması əsas hədəflərdəndir. Hazırda Naxçıvan şəhərində “Saat Meydanı” Kompleksi inşa olunur.Boyukmillet.com xəbər verir ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə olmuş, görülən işlərlə maraqlanmışdır. Bildirilmişdir ki, ümumi sahəsi 10 min kvadratmetr …

Read More »

“Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək” – Əli Həsənov

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ölkələrdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra bu ənənəvi münasibətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və qazax xalqının lideri Nursultan Nazarbayevin səyləri nəticəsində qorunub saxlanılıb və daha da inkişaf etdirilib. Həm Heydər Əliyev, həm də Nursultan Nazarbayev müstəqil dövlət qurucuları kimi öz adlarını əbədi olaraq xalqlarının tarixinə qızıl hərflərlə yazıblar. Boyukmillet.com xəbər …

Read More »