VMF şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi və şirkətin adını daşıyan “VMF” saatlarının təqdimetmə və mükafatlandırılma mərasimi keçirib. Interpress.az xəbər verir ki, “Bulvar Hotel”də baş tutan tədbirdə tanınmış elm, sənət adamları, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycanın görkəmli elm və ictimai xadimləri Çingiz Mustafayev Fondu tərəfindən diplom və dəyərli hədiyyələrlə təltif olunub. Qeyd edək ki, …
Read More »Ukraynadakı səfirimiz Azər Xudiyev nüfuzlu jurnala müsahibə verib
boyukmillet.com xəbər verir ki, Ukraynanın nüfuzlu “Fashion Diplomacy” jurnalı Azərbaycanın həmin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə olan müsahibəni dərc edib. Həmin müsahibə çərçivəsində ölkələrimiz arasındakı münasibətlərin tarixindən, icra olunan birgə layihələrdən geniş bəhs edilib. Azər Xudiyev həmçinin Azərbaycan-Ermənistan – Dağlıq Qarabağ konfliktini doğuran səbəblər və onun acı nəticələri ilə bağlı da geniş açıqlama verib. Səfir bildirib ki, uzun …
Read More »Şəhidlərimizin hədəfə götürülməsi xain bir layihədir – heyrətamiz iddialar
Şəhidimiz Mübariz İbrahimova qarşı iyrənc iddialar Qərb və Avropadakı ermənipərəst mərkəzlərdə hazırlanmış plandır; dövlətimizi güclü görmək istəməyən qüvvələrin beynini yuduğu azərbaycanlı gənclərin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınmasına zərurət var… Şəhidimiz, Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında bir gəncin xoşagəlməz ifadələr səsləndirməsi günlərdir sosial şəbəkələrdə, media orqanlarında müzakirə olunur. Cəmiyyətin bütün təbəqələrindən bu hədyanları səsləndirən, özünü psixoloq adlandıran Nərmin Şahmarzadə adlı birisinə …
Read More »“Bu gün ölkəmizdə şəhid ailələrinə böyük qayğı ilə yanaşılır” ÖZƏL-MÜNASİBƏT
“Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verməsinin və şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmanının çox böyük əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Hərbi ekspertin sözlərinə görə, dövlət başçısının bu kateqoriyadan olan insanlara maddi dəstək xarakterli qərar verməsi vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış uğurlu …
Read More »Lukaşenkodan erməni liderlərə dərs – Paşinyanın batan səsi
Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə yönümünü müəyyənləşdirə bilmir. Bir yandan onlar üçün dövlət qurmuş, Azərbaycan torpaqlarında yerləşdirmiş Rusiyadan qopmağa çalışır, o biri yandan da bunun qarşılığında Qərbdən daha çox yardım almağa cəhd göstərir. Başqa sözlə, Rusiya ilə Qərb arasında çabalayır. Belə bir vəziyyət isə yeni hakimiyyətin ciddi qüvvə olmadığı təsirini bağışlayır. Belarus Prezidenti Aleksandr Lukaşenkonun dekabrın 14-də keçirdiyi mətbuat konfransında Ermənistanın indiki və …
Read More »Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib
Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (Federal Open Market Committe – FOMC) növbəti iclası işə başlayır. Boyukmillet.com-un analitik qrupu bildirir ki, sabah başa çatacaq iclasda uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək. Xatırladaq ki, komitənin bu il sentyabrın 25-26-da baş tutmuş iclasında uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılıb. Bu, 2018-ci ilin 3-cü faiz artımı olub. Mütəxəssislərin fikrincə, …
Read More »Rusiyalı ekspert neft bazarında 2018-ci ilin yekunlarına və gələn ilə dair proqnoz verib
“İran tərəfindən fövqəladə hərəkət olmasa, 2019-cu ildə neftin qiyməti artmayacaq. Ucuzlaşmaya gəlincə, OPEC+ formatı fəaliyyət göstərdiyi müddət ərzində neftin bir barelinin qiyməti 50 dollardan az olmayacaq”. Bu barədə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun, Rusiya hökuməti nəzdində Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç “Report”a bildirib. Ekspertin fikrincə, məhz bu qiymət həddi ABŞ-dakı qeyri-ənənəvi neft hasilatçıları üçün daha əlverişlidir. “Qiymətlər bundan daha az olsa, qısa müddətə …
Read More »Oqtay Əsədov jurnalistlərə çağırış edib
Milli Məclisin iclaslarında deputatların çıxışı təhrif edilir, konteksdən çıxarılır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O.Əsədov qeyd edib ki, parlamentin iclaslarını işıqlandıran jurnalistlər diqqətli olmalıdırlar: “Milli Məclisdə akkreditasiya edilən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Cümlələri konteksdən çıxarmaq lazım deyil”.
Read More »Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Boyukmillet.com xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu binada 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində Balneofizioterapiya İnstitutu yerləşib. İki il sonra isə bu institutun bazasında Azərbaycan Dövlət Kurortologiya və Fizioterapiya İnstitutu …
Read More »Siyavuş Novruzov: “Ölkəni təhqir edirlərsə, bu bütün millət vəkillərinə təhqirdir”
“Azərbaycanın uğurları artıqdıqca erməni lobbisi tərəfindən maliyyələşən anti-Azərbaycan qüvvələr ölkəmiz əleyhinə fikirlər söyləyirlər. Biz buna qarşı addım atmadıqca onlar daha irəli gedir. Onlar açdıqları internet səhifələrində, saytlarında Azərbaycanın dövlət quruculuğunda xüsusi rolu olan şəxslərə, ümummilli liderə qarşı olmazın təhqirlərini səsləndirirlər. Biz niyə susmalıyıq, niyə cavablarını verməməliyik?” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar