Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ukraynadakı səfirimiz Azər Xudiyev nüfuzlu jurnala müsahibə verib

boyukmillet.com xəbər verir ki,  Ukraynanın nüfuzlu “Fashion Diplomacy” jurnalı Azərbaycanın həmin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə olan müsahibəni dərc edib. Həmin müsahibə çərçivəsində ölkələrimiz arasındakı münasibətlərin tarixindən, icra olunan birgə layihələrdən geniş bəhs edilib. Azər Xudiyev həmçinin Azərbaycan-Ermənistan – Dağlıq Qarabağ konfliktini doğuran səbəblər və onun acı nəticələri ilə bağlı da geniş açıqlama verib. Səfir bildirib ki, uzun illər ərzində gedən müharibədə qonşu  Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib:

“İndiyə kimi bu konfliktin həllinə dinc vasitələrlə nail olunmayıb. ATƏT-də bu münaqişəni “dondurulmuş” adlandırırlar. Ancaq biz bu cür təqdimatla razılaşa bilmərik. Çünki  orda hələ də, bizim əsgər və zabitlərimiz ölür”.

Səfir Azərbaycanla Ukrayna arasında ölkə başçıları səviyyəsində ciddi siyasi dialoq mühitinin mövcudluğunu və möhkəm diplomatik əməkdaşlığın olmasını da vurğulayıb:

“Biz Ukrayna hökumətinin bütün qanadları ilə qarşlıqlı əməkdaşlıq mühitini yarada bilmişik”.

Azərbaycanın Ukraynadakı səfiri ölkələrimiz arasındakı iqtisadi və siyasi əlaqələrin yola saldığımız ildəki inkişafı və gələcək perspektivləri haqda da ətraflı məlumat verib.

 azinforum.az

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir