Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Sabir və Tənzilə Rüstəmxanlılara Çingiz Mustafayev mükafatı təqdim olunub – FOTO

VMF şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi və şirkətin adını daşıyan “VMF” saatlarının təqdimetmə və mükafatlandırılma mərasimi keçirib.

 
 

Interpress.az xəbər verir ki, “Bulvar Hotel”də baş tutan tədbirdə tanınmış elm, sənət adamları, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak edib. 

Tədbirdə Azərbaycanın görkəmli elm və ictimai xadimləri Çingiz Mustafayev Fondu tərəfindən diplom və dəyərli hədiyyələrlə təltif olunub. 

Qeyd edək ki, Azərbaycanın Xalq Şairi, Dünya Azərbaycanlıları Kinqresinin hənsədri Sabir Rüstəmxanlı və Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı da mükafata layiq görülüblər. 

Tədbirdə iştirak edən görkəmli yazıçı və siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı bu saatların şirkətinin qurucusu Vahid Mustafayevin uğur yolunu ifadə etdiyini, böyük zövq və məharətlə işlənildiyini qeyd edib.

Daha sonra çıxış edən şirkətin qurucusu Vahid Mustafayev hər zaman yeniliklər üçün çalışdığını və VMF saatlarının istehsalı ilə Azərbaycanda bir ilkə imza atdıqlarından məmnunluq diəuyduğunu ifadə edib.

Sabir və Tənzilə Rüstəmxanlılara Çingiz Mustafayev mükafatı təqdim olunub - FOTO

Sabir və Tənzilə Rüstəmxanlılara Çingiz Mustafayev mükafatı təqdim olunub - FOTO

Sabir və Tənzilə Rüstəmxanlılara Çingiz Mustafayev mükafatı təqdim olunub - FOTO

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir