Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq.

Boyukmillet.com-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Nazir qeyd edib: “Əsas vəzifələrimizdən biri müstəqilliyimizin möhkəmləndirilməsi idi. Fəaliyyətimin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına həsr etmişəm. Bu, gələn ilin də əsas vəzifəsi olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır. Bu, təkcə mənim yox, hər bir azərbaycanlının arzusudur. Hesab edirəm ki, uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik”.

E.Məmmədyarov bildirib ki, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə görüşü olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Bu il əldə olunan mühüm nailiyyətlərdən danışan nazir Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsini xüsusi vurğulayıb: “Bu, böyük irəliləyişdir, nəhayət, uzun illərdən sonra biz buna nail olduq”.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir