Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

DİN-dən Gəncədə aksiya ilə bağlı sərt xəbərdarlıq – TƏXRİBAT

İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Onun həyat yoldaşı “Youtube”da video yayaraq Yunis Səfərovun İmam Hüseynin intiqamını aldığını və Elmar Vəliyevin gəncəliləri təhqir etdiyinə görə güllələdiyini bildirib.  Sosial şəbəkələrdə bir qrup şəxs insanlara çağırış edərək onları aksiyaya dəvət edirlər. Belə ki, onlar iyulun 10-da saat 20:00-da Gəncə İcra Hakimiyyətinin qarşısında aksiya …

Read More »

Elmar Vəliyevə atılan güllənin əsl ünvanı hara olub? – Araşdırma

Bir neçə gündür ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyevə edilən sui-qəsd cəhdi ilə bağlı müzakirələr ölkə gündəmini dərindən məşğul edib. Hər şey ondan başladı ki, Azərbaycanda nadir hallarda yaşana biləcək enerji böhranı günü mühüm bir dövlət adamına güllə atıldı. Həmin gün ölkədə vəziyyət fərqliydi. Ölkə başçısı İlham Əliyevin son müşavirədə qeyd etdiyi kimi, bəzi məmurların …

Read More »

Beynəlxalq Cocuq Mərcanlı konfransında Qarabağ həqiqətlərini cəsarətlə söyləmiş Rusiya xadimlərini təqiblərdən necə qoruyaq…

“Dövlət olaraq bütün vasitələrlə həmin adamları müdafiə etməliyik” İsmayıl Ağayev: “Lazım gəlsə, həmin antoqonist fikirlərin səsləndirildiyi telekanalların qarşısında etiraz aksiyaları keçirməliyik” Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfəri və işğal olunmuş Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılması çağırışı üzündən Dmitri Savelyev ermənilər tərəfindən hücumlara məruz qalıb. Qeyd edək ki, bənzər hərəkətlərin Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey …

Read More »

Kəmaləddin Heydərovun təklifinə prezidentdən maraqlı reaksiya

İlham Əliyev: “Bu təkliflər komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır” Xəbər verdiyimiz kimi, iyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. Musavat.com bildirir ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri dövlət başçısına baş verən qəza haqda məruzə ediblər. Məruzə edənlər arasında fövqəladə hallar naziri Kamaləddin Heydərov da olub. K.Heydərov məruzəsində öncə qəza baş verdikdən sonra Mingəçevir …

Read More »

Türk Ordusu bu əraziyə də GİRİR – Yeni əməliyyatın DETALLARI

PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan dərhal sonra Süleyman Şah Türbəsi əvvəlki yerinə köçürüləcək. Publika.az xəbər verir ki, bu haqda “Yeni Şəfəq” nəşri yazıb. Məlumata görə, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsi məsuliyyətini də üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir. Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndi …

Read More »

Fuad Muradov: “Azərbaycan üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”

İnterpress.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurumun yaradılmasının 16-cı ildönümü ilə əlaqədar təşkil edilən tədbirdə deyib. Komitə sədri bildirib ki, işlər o zaman effektli olar ki, birlikdə fəaliyyət göstərilsin.Dövlət Komitəsinin sədri deyib ki, bir neçə istiqamətlər üzrə fəaliyyət olub. “Biz Heydər Əliyevin diasporla bağlı fərman və sərəncamları bir daha gündəmə gətirdik və tezislər …

Read More »

Qudası Elmar Vəliyev üçün Türkiyədən professor gətirdi – Əməliyyatdan son xəbər

Elmar Vəliyevi əməliyyat etmək üçün Bahçeşehir Universitetinin tibb fakultəsinin dekanı professor Türker Kılıç Gəncəyə gətirilib. Məlumatda deyilir ki, Türker Kılıçı Azərbaycana Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dəvət edib. Bu barədə Bahçeşehir universitetinin tibb fakultəsi rəsmi sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, Elmar Vəliyev ilə Kərəm Həsənov qudadır. ( yenicag.az )

Read More »

Diasporla İş üzrə Dövlət Komitəsinin 16 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür. İnterpress.az-ın məlumatına görə, 2002-ci ilin 5 iyulunda ulu öndər Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub. Xarici Ölkələrdə …

Read More »

“Günahkarların sərt şəkildə cəzalanacağına şübhə olmasın” – Azay Quliyev

“Mingəçevirdəki qəza nəticəsində baş vermiş enerji böhranını aradan qaldırmaq üçün cənab Prezident lazımi tədbirlər görüb və proses tam nəzarətdədir”. Turkustan.info xəbər verir ki, bu barədə millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Twitter səhifəsində yazıb. A.Quliyev bu kimi hallardan siyasi məqsədlər üçün sui-istifadənin yolverilməz olduğuun vurğulayıb: “Heç kim bu qəzadan siyasi məqsədlər üçün sui-istifadə etməsin. Günahkarların sərt …

Read More »

Azərbaycana qarşı FETÖ əməliyyatı iddiası: İcra başçısına sui-qəsd, elektrik və suyun kəsilməsi… – Türkiyə mətbuatı son hadisələrdən yazdı

Türkiyənin “Yeni Akit” qəzeti Azərbaycanda baş verən son hadisələr barədə yazı dərc edib. Avropa.info həmin yazını təqdim edir: Türkiyədə TANAP-ın tamamlanmasından sonra qaz nəqlinin başlamasının ardından Azərbaycana qarşı bir əməliyyat aparılır. Əməliyyatın arxasındakı qüvvələrin FETÖ və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) olduğu iddia edilərkən son bir neçə gündə ölkənin tanınmış icra başçısına sui-qəsd gerçəkləşdirildi, elektrik satnsiyasında partlayışla ölkə qaranlığa büründü, sular …

Read More »