Şənbə , 24 Yanvar 2026
Drone Cameras

Rövşən Tağıyevin doğum günüdür

Bu gün diasporumuzun tanınmış simalarından biri olan Rövşən Tağıyevin doğum günüdür.

Boyukmillet.com xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti, Ukrayna Millətlərarası Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevin doğum günüdür.

R.Tağıyevin 49 yaşı tamam olur.

Ukraynda diaspor fəaliyyəti ilə məşğul olan Rövşən Tağıyevin azərbaycançılıq ideologiyası uğrunda böyük xidmətləri olub. R.Tağıyev tək Kiyevdə deyil, Ukraynanın digər şəhərlərində də yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Ukrayna və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Modkva şəhərində qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

Boyukmillet.com saytı adından Rövşən Tağıyevi doğum günü münasibətilə təbrik edirik. 

 

Boyukmillet.com

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir