Bazar , 14 Dekabr 2025

Dünya

Sabah Azərbaycan ərazisində toz-dumanı olacaq

Sabah Azərbaycan ərazisində qısa müddətli toz-dumanı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanının …

Read More »

Rusiyalı jurnalistlə azərbaycanlı diaspor rəhbəri arasında Dağlıq Qarabağ mübahisəsi

Maksim Şevçenko: “İsrail-Livan arasındakı münaqişə ilə Dağlıq Qarabağ münaqişəsi arasında paralel aparmaq doğru deyil”  Rövşən Tağıyev: “Avropa da gec-tez başa düşəcək ki, başqasının bəlası deyə bir şey olmur” Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən beynəlxalq forum gərgin müzakirələrə də səbəb olub. Musavat.com xəbər verir ki, rusiyalı jurnalist, siyasətçi və televiziya aparıcısı Maksim Şevçenko forumda söz alaraq bölgədə baş …

Read More »

ABŞ-ın məşhur brendi yeni sviter buraxdı… – Üzərində separatçı “Artsax” bayrağı – VİDEO

Amerikanın məşhur üst geyim  brendi “HUF” üzərində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı olan yeni hudilər (başlıqlı yumşaq sviter)  buraxıb.   Separatçı rejimin üçrəngli bayrağı sviterlərin sol qolu üzərində ağ  xalça naxışı ilə  Koreya Respublikası və İsveçrənin bayraqları arasında həkk olunub.  Məlumata görə, brendin yeni geyimləri artıq  ABŞ və Avropanı fəth edib. Ermənilər “You Tube” kanalına Hollandiya mağazalarında üzərində “Artsax” bayrağı …

Read More »

Əli Həsənov Brüsseldə Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələsini qaldırdı

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum işinə başlayıb. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov, Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının …

Read More »

Tofiq İsmayılovun qızı: `Qorbaçov vertolyot qəzasından iki gün əvvəl atama zəng etmişdi`– FOTO

1991-ci il noyabrın 20- də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 26 il ötür. Azərbaycan siyasi elitasının həlak olduğu qəza ilə bağlı bu günə qədər açılmayan qaranlıq məqamlar var. – Söhbətimizə uşaqlıq illərinizdən başlayaq.Harada, necə keçib uşaqlığınız?  – Uşaqlığım ən unudulmaz anlarımdır. Gözümü açandan özümü xoşbəxt ailədə hiss etmişəm.Evimiz indiki Nizami …

Read More »

Rusiya Müdafiə Nazirliyinin telekanalı Sarkisyanı “faşist” adlandırdı

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi “Ulduz” telekanalında, “Veronika Kraşeninnikova ilə Proqnozlar” proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub və Sarkisyan hökumətinin seçimini Ukrayna hakimiyyətinin siyasi kursu ilə müqayisə edib. Bundan başqa, verilişin müəllifi Hitler Almaniyasının muzduru, Serj Sarkisyan hökuməti tərəfindən övliyalar sırasına daxil edilmiş başıbəlalı faşist Qaregin Njdenin rolundan …

Read More »

Rusiya Müdafiə Nazirliyinin telekanalı Sarkisyanı “faşist” adlandırdı – VİDEO

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi “Ulduz” telekanalında, “Veronika Kraşeninnikova ilə Proqnozlar” proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub və Sarkisyan hökumətinin seçimini Ukrayna hakimiyyətinin siyasi kursu ilə müqayisə edib. Bundan başqa, verilişin müəllifi Hitler Almaniyasının muzduru, Serj Sarkisyan hökuməti tərəfindən övliyalar sırasına daxil edilmiş başıbəlalı faşist Qaregin Njdenin rolundan …

Read More »

Rusiyalı jurnalistlə azərbaycanlı diaspor rəhbəri arasında Dağlıq Qarabağ mübahisəsi

Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən beynəlxalq forum gərgin müzakirələrə də səbəb olub.  Rusiyalı jurnalist, siyasətçi və televiziya aparıcısı Maksim Şevçenko forumda söz alaraq bölgədə baş verən konfliktlər barədə öz fikrini bildirib. Jurnalist bildirib ki, ümumiyyətlə, hansısa bölgədə baş verən bütün milli, etnik anlaşılmazlıqları, münaqişələri separatizm kimi təqdim etmək lazım deyil : “Bizim məqsədimiz münaqişələri daha da …

Read More »

NATO təlimindəki Türkiyəyə qarşı rəzaləti ortaya çıxaran türk qızı kimdir? – FETÖ ona qarşı niyə cinayət işi açmışdı?

NATO-nun Norveçdə keçirdiyi “Trident Javelin-2017” təlimində Türkiyəyə qarşı edilən təhqiramiz davranışın əks-sədası hələ də davam edir. Məsələ araşdırılır, üzrxahlıqlar isə ard-arda gəlməyə davam edir. Bir neçə gün əvvəl NATO təlimində Atatürk düşmən liderlər arasında göstərilmiş, prezident Rəcəb Tayyib Ərdoğanın da adına saxta səhifə açılaraq “düşmənlə əməkdaşlıq edən” şəxs kimi göstərilmişdi. Hadisə mətbuata “Türk zabitlərin diqqəti sayəsində aşkara çıxarılıb” şəklində çatdırılmışdı, …

Read More »

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın…”

Ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib. Boyukmillet.com “Nezavisimaya qazeta”ya istinadən bildirir ki, danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya “respublikaları” arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu  olub. …

Read More »