Şənbə , 20 Aprel 2024
Drone Cameras

Prezident silahları yoxlayıb – FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər binalar inşa olunub. Qərargah binasında komandirlərin otaqları, konfrans zalı və digər otaqlar var. Binada komandir heyətinin səmərəli və operativ işləməsi üçün bütün zəruri şərait mövcuddur.

Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb.

Ali Baş Komandan İlham Əliyev hərbi hissənin yeməkxanasında olub, hərbi qulluqçuların qidalanma şəraiti ilə maraqlanıb.

Prezident İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Ali Baş Komandan özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb. (interpress)

Prezident silahları yoxlayıb - FOTO

 

Prezident silahları yoxlayıb - FOTO

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir