Cümə , 17 Yanvar 2025

Dünya

Azərbaycanlı rejissor Asiya-Sakit Okean Kino Akademiyasının ikinci dəfə qalibi olub

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filminin beynəlxalq kinofestivallarda uğurları davam edir. AZƏRTAC xəbər verir ki, film Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb. Kinorejissor noyabrın 23-də dünya kino sənayesində “Asiya Oskarı” kimi tanınan mükafatın təqdimetmə mərasimində iştirak edəcək. Xatırladaq ki, “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir. …

Read More »

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 13:21-də Xəzər dənizində qeydə alınıb.Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ hiss olunmayıb.

Read More »

Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Ukrayna …

Read More »

Kiyevdə 700 nəfər parlament binası qarşısında etiraz edir

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında təqribən 700 nəfərin iştirak etdiyi aksiya keçirilir. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, etiraz aksiyası Qruşevski küçəsində davam edir. Bu küçədə etirazçılar çadırlar qurublar. Etirazçıların düşərgəsində vəziyyət sakitdir. Qeyd edək ki, bu gün Ukrayna parlamenti etirazçıların tələblərinin yerinə yetirilməsi ilə bağlı bir sıra qanun layihələrini nəzərdən keçirə bilər. Onlar deputatlardan Antikorrupsiyaya Məhkəməsinin yaradılmasını, parlament …

Read More »

İstanbulda “D-8” Zirvəsinin Nazirlər Şurasının iclası işə başlayıb

İstanbulda “İnkişafda olan səkkizlər”in (D-8) dövlət və hökumət başçıları Zirvəsinin Nazirlər Şurasının iclası işə başlayıb. “Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyə tərəfi ev sahibliyi etdiyi bu tədbirə Azərbaycanı xüsusi qonaq statusu ilə dəvət edib. Nazirlər Şurasının iclasının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Pakistanın xarici işlər naziri Kavaca Asifin və başqalarının çıxışları dinlənilib. Sonra “D-8”ə sədrlik Pakistandan Türkiyəyə keçib. …

Read More »

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib – FOTO

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib. “Report”un Şirvan bürosunun məlumatına görə, son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcüd sürüşmə nöqtələrində uçqunlar baş verib. Sürüşmə əsasən Bakı-Ağsu-Yevlax magistralının Ağsu rayonu ərazisindən keçən hissəsində, yolun 142, 148, və 153-cü kilometrliyində qeydə alınıb. Sürüşmənin baş verdiyi ərazilərdə yolun bir hissəsi çöküb.  Mütəxəssilərin …

Read More »

Azərbaycan Prezidenti Polşanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğulayıb.  Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin …

Read More »

Azərbaycan XİN başçısı: “Sarqsyanın bəyanatları məsuliyyətsizcə bəyanat çərçivəsini aşmaqdır”

 “Dağııq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar substantiv olmalıdır”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-də Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib. “Prezidentlərin birgə bəyantını görmüsünüz. Sarqsyanın bundan sonrakı bəyanatlarına gəlincə, məsuliyyətsizcə bəyanat çərçivəsini aşmaq düzgün deyil. Substantiv danışıqlar aparmalıyıq. Həmsədrlər yaxın zamanlarda xarici işlər nazirləri səviyyəsində …

Read More »

Ermənilər Şahbaz Quliyevi Yerevandan Şuşaya aparıb

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu bu ilin avqust ayında müayinə məqsədi ilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma …

Read More »

Televiziyalarda ədəbi dil normalarına riayət olunması ilə bağlı iclaslar keçirilib

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda baş tutan konfransdan sonra ölkənin əksər radio və televiziyalarında ədəbi dil normalarına riayət olunması ilə bağlı iclaslar keçirilib. “Report”un xəbərinə görə, iclaslarda dil normalarının qorunması ilə bağlı aparıcı, müxbir, redaktor və digər müvafiq şəxslərə tapşırıqlarlar verilib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, MTRŞ …

Read More »