İmralı adasında həbsdə saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb. Bu barədə məlumatı Milliyyətçi Hərəkat Partiyasının Ankaradan olan millət vəkili Şevkat Çətin yayıb. MHP-çi millət vəkili özünün tvitter hesabında bunları qeyd edib. Bundan sora sosial şəbəkədə bu məlumat geniş auditoriyada yayılıb.
Read More »Aleksandr Lukaşenko: “Azərbaycanlılar və belaruslar qardaşdır”
“Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər”. “Report”un Belarus prezidentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib. “Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, Prezident İlham Əliyev bu baxımdan çox demokratik …
Read More »IMF: Yaxın 5 ildə Azərbaycan iqtisadiyyatı 48% artacaq
Azərbaycanda ÜDM-in həcmi 2022-ci ilə qədər tarixi maksimal səviyyə – 2014-cü ilin analoji göstəricisinə çata bilməyəcək. “Report” xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, 2022-ci ilə qədər Azərbaycan iqtisadiyyatında artım yumşaq templə davam edərək 58,18 mlrd. ABŞ dollarına çatacaq. Lakin bu, ÜDM-in 2014-cü ildəki tarixi rekord səviyyəsi – 75,19 mlrd. dollardan hələ də 22,6% azdır. IMF-in proqnozlarına görə, 2017-ci ildə …
Read More »Qari Ros: “Neftin qiyməti 80 dollar/barelə yüksələcək”
Bütün dünya üzrə neft sektoruna investisiyaların azaldığı bir dövrdə, “Brent” markalı neftin qiyməti yaxın 5 ildə cari qiymətlərə nisbətən 40% artaraq 80 dollar/barelə yüksələ bilər. “Report” xəbər verir ki, bu açıqlamanı Nyu-Yorkda keçirilən mətbuat konfransında “S&P Global Platts” informasiya agentliyinin bölməsi olan “Pira Energy”nin qurucusu Qari Ros (Gary Ross) verib. Q.Ros qeyd edib ki, ABŞ şist neft sektorunun inkişafı və …
Read More »Emin Həsənli: “Minsk qrupunun həmsədr dövlətləri Ermənistanı silahlandırır”
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, digər dövlətlər vasitəçilik etməsəydi, Qarabağ münaqişəsi çoxdan həllini tapardı. Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sputnik Azərbaycan-a deyir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistana həm hərbi, …
Read More »Tənzilə Rüstəmxanlı: “Özünə hörmət edən nazir insanlardan üzr istəyib, istefa verməli idi…”
Tənzilə Rüstəmxanlı: “Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?” “Xəritənin dərsliklərə salınmasının təxribat olduğunu dəqiq demək mümkün deyil, amma ortada çox ciddi xəta var”. Bunu “Sherg.az”a Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. O bildirib ki, bu hadisə Ermənistanın nail olmaq istədiyi, ermənilərin uydurmalarla bütün dünyanı inandırma siyasətinə dəstək durmaqdır: “Biz mübarizə aparırıq ki, ermənilər saxtakardır, tariximizi təhrif …
Read More »“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurlayıb
Qəbələ rayonunda yerləşən “Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub. “Report”un xəbərinə görə, otelin kassasından 15 min ABŞ dolları oğurlanıb. Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb. Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb. Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha …
Read More »Bitkoinin qiyməti 6 000 dollar həddinə yaxınlaşıb
Bitkoinin qiyməti bu gün səhər saatlarında 5 874 dollara yüksələrək tarixi maksimal səviyyəyə çatıb. “Report” “Investing.ru” saytına istinadən xəbər verir ki, buna səbəb Çindən gələn müsbət xəbərlər olub. Çində bitkoinlə ticarətin heç bir qadağa olmadan davam edilə biləcəyi barədə xəbərlər bu maliyyə alətinin qiymətinin bir gündə 500 ABŞ dolları və ya 9,2% artmasına gətirib çıxarıb. Xatırladaq ki, dünənki hərraclarda da …
Read More »İlham Əliyev və Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcək
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi açıqlanıb. Bu barədə “Report”a Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, prezidentlər İlham Əliyev və Serj Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün oktyabrın 16-da Cenevrədə görüşəcəklər.
Read More »ABŞ YUNESKO-dan çıxıb
ABŞ hakimiyyəti YUNESKO üzvlüyündən çıxmaq haqqında qərar qəbul edib. “Report” “Haber7″yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, 2011-ci ildə Fələstin YUNESKO-ya üzv qəbul edildikdən sonra ABŞ və İsrail buna qarşı çıxıblar. Qeyd edək ki, Birləşmiş Ştatların bu təşkilata borcu 500 milyon dollara çatıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
