“Biz “Bir millət, iki dövlət” ifadəsinin fəlsəfəsinə uyğun olaraq öz dini və mənəvi dəyərlərimizi bölüşürük”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünyada meydana çıxan problemlər, faciələr, ifratçılıq və radikalizmə səbəb olur: “Dünyanın müxtəlif yerlərində dinlər, məhzəblər arasında baş verən …
Read More »Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib – FOTO
Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb. Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib. Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil …
Read More »Azərbaycan prezidenti: “İslam adı altında gizlənən qüvvələrin terroru müsəlmanlara qarşı ən böyük haqsızlıqdır”
Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən “Türkiyə-Azərbaycan timsalında islam həmrəyliyi” konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, məktubu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oxuyub. Məktubda qeyd olunub ki, bu gün dünyanın müxtəlif yerlərində müsəlmanlar məzhəb ayrı-seçkiliyi, ekstremizm, dini radikalizm və terror kimi ciddi problemlərə qarşılaşır və islam adı altında gizlənən, dinimizlə heç bir …
Read More »Azay Quliyevdən Bərzaninin referendumuna qarşı sərt mövqe: “Ləğv edilməlidir”
Şimali İraq Kürd Muxtariyyətində və Kataloniyada “müstəqillik” referendumlarının planlaşdırılması hazırda bütün dünyanın narahatlıqla izlədiyi proseslərdir. Dünyanın inkişaf tendensiyasına, müasir zehniyyətə və beynəlxalq hüquq normalarına zidd olsa da, hər iki bölgənin separatçı idarəediciləri öz “müstəqilliklərini” elan etməkdə israrlı görünürlər. Artıq hər iki bölgədə referendum keçirmək üçün konkret gün müəyyən olunub. Kürdüstan qurmaq üçün İraq kürdləri separatçı referendumlarını sentyabrın 25-nə təyin …
Read More »“Ayaz Mütəllibov “Naxçıvan Azərbaycanın kor bağırsağıdır” – deyirdi”
Artıq Ayaz Mütəllibov da Heydər Əliyevə sədaqətdən danışır. Sabiq Prezident bir neçə ay bundan əvvəl mətbuata açıqlamasında özünü Heydər Əliyevin şagirdi adlandırmış və onun məktəbini keçdiyini bildirərək, demişdi: “Mən onunla uzun illər bir yerdə çalışmışam, Heydər Əliyev mənə böyük işləri etibar edib. Heydər Əliyev 13 il respublika rəhbəri olduğu dövrdə 8 dəfə məni yüksək vəzifələrə irəli çəkib, mənə vəzifə verib, …
Read More »Ermənistan İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır
“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı parlaq çıxışı dərin məntiqi əsaslara, ciddi faktlara söykənməklə beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyəti, təşkilatın fəaliyyətindəki çatışmazlıqları əks etdirdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycan dövlətinin uğurlu inkişafı, regionda və dünyada əhəmiyyəti, Ermənistanın işğalçılıq və terror siyasətinin nəticələri, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbləri ilə bağlı çox dolğun məlumat verdi”. Bunu SİA-ya açıqlamasında Avropa …
Read More »Azərbaycanda Məhərrəmlik başlayıb
Bu gündən Məhərrəm ayı başlayıb. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət …
Read More »Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda
General Zakir Həsənovun İsrail səfərində ilginc hədəf; Ermənistanın və Rusiyanın Azərbaycana qarşı əsas şantaj aləti əldən çıxır; “Dəmir günbəz” “İsgəndər”ə, işğalçı ölkə isə Qərb maraqlarına qarşı Kremlin məkrli oyununda – neft-qaz müharibəsində sensasion gəlişmə… Səfərdə əsas hədəf heç şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında xüsusən də hərbi-texniki sahədə əlaqələri daha mükəmməl səviyyəyə qaldırmaq, İsrail ordusunun döyüş təcrübəsini öyrənmək idi. …
Read More »Prezidentin BMT demarşı və erməni uzantıları
Azər HƏSRƏT, [email protected] Prezident İlham Əliyevin yüksək tribunalardan etdiyi hər çıxış tarixə öz damğasını vurmağa davam edir. Bu baxımdan cənab Prezidentin BMT Baş Məclisindəki çıxışı da istisna deyil. Çıxışın özəllikləri – istər heç cür inkar edilə bilməyəcək məntiqə dayanması, istərsə də faktoloji məzmunu baxımından bizə qarşı olanların sadəcə dilini-ağzını anındaca bağlamağa yetir. Bundan başqa Prezidentin xarizması, BMT Baş Məclisi üçün getdiyi …
Read More »Uşaqları intihara məcbur edən “Mavi balina” oyunu Azərbaycanda da yayılır
Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb. Boyukmillet.com xəbər verir ki, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı …
Read More »