“Express” “ən gözəl və ağıllı birinci xanımlar”ı seçib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyanın ən gözəl və zövqlü birinci xanımlarının beşliyinə düşüb. Boyukmillet.com-in məlumatına görə, siyahını Böyük Britaniyanın “Express” qəzeti hazırlayıb.
Bu yaxınlarda, 24 avqustda – birinci xanım, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günü ərəfəsində boyukmillet.com öz təbrikində bu məsələyə toxunmuşdu. Hələ onda qeyd edilmişdi ki, əgər birinci xanımlar arasında gözəllik və ağıla görə müsabiqə olarsa, Azərbaycan prezidentinin xanımı orada ilk üçlüyə düşərdi. Londonda dərc edilən jurnal beş ən gözəl və ən ağıllı hesab etdikləri birinci xanımların siyahısını hazırlayıb. Mehriban Əliyeva da bu siyahıda yer alıb. O, ikinci pillədə qərarlaşıb.
“Express” Mehriban Əliyevanın gözəlliyi və zövqü ilə yanaşı onun ixtisaslaşmış həkim, Seçenyov adına Birinci Moskva Tibb Universitetinin məzunu və fəxri professoru olduğu da qeyd edib.
Siyahıda ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya da var. Növbəti yerlərində isə Kanada baş naziri Castin Tryudanın xanımı, keçmiş model və teleaparıcı olan Sofi, Meksika prezidentinin xanımı, aktrisa və müğənni Anxelika Rivera, eləcə də Butan kralının ömür-gün yoldaşı Cetsun Pema qərarlaşıb.
Biz sevinirik ki, redaksiyamızın yazdığı ilə ilə dünyanın ən məşhur nəşrinin zövqləri üst-üstə düşür.