Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Kataloniya müstəqillik almayacaq – RƏSMİ

“Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”

İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib.

Boyukmillet.com BBC-yə istinadən xəbər verir ki, nazir bunu bloomberg agentliyinin televiziya efirində çıxışı zamanı bildirib.

“Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”, – deyə o qeyd edib.

Gindos, eyni zamanda, hesab edir ki, Madridlə Barselona arasında danışıqların mümkünlüyü nəinki İspaniya, həm də, bütün Avropa üçün təhlükəli presedent yarada bilər.

İspaniyanın iqtisadi qurumunun başçısı, həmçinin Kataloniyanın regional hökumətinin yüksək səviyyəli özünüidarəyə sahib olduğunu xatırladıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir