Cümə , 12 Dekabr 2025

Dünya

Tarix yazanlar Bakıda – “Qarabağ” qayıtdı – FOTOLAR

“Qarabağ”ın futbolçuları artıq Bakıya geri dönüblər. Musavat.com-un hava limanında olan müxbiri xəbər verir ki, bu klub Azərbaycanın futbol tarixində bir ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Ötən gecə Danimarkanın “Kopenhagen” komandasını Avro Liqaya yola salan ağdamlıları Bakıda böyük izdihamla qarşıladılar. Yüzlərlə azarkeş saatlarla komandanı gözləyib, onlara dəstək verdilər. Həmin anları əks etdirən fotoları təqdim edirik.  

Read More »

Amerika Qarabağda sülhün əsas prinsiplərini açıqladı: “Azərbaycanın suverenliyi təmin olunmalıdır…”

Minsk Qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətinə təqdim edib. Boyukmillet.com Virtualaz.org-a istinadən xəbər verir ki, sənəd sensasion müddəalardan ibarətdir və Ermənistanda şok effekti yaradıb. Çünki sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından söhbət gedir. “Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı …

Read More »

Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamda “Qarabağ” futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır. Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət …

Read More »

“Qarabağ”ın qələbəsi türk aparıcını coşdurdu: “Azərbaycansız Türkiyə düşünmürük” – VİDEO

Türkiyənin “24” kanalında yayımlanan “24 spor gecesi” verilişinin aparıcısı efirə çıxar-çıxmaz “Qarabağ” FK-nun qazandığı qələbəni tamaşaçılarla paylaşıb. Boyukmillet.com A24.az-a istinadən xəbər verir ki, “İki dövlət, bir millət” sözləri ilə verilişə başlayan aparıcı Haluk Yürekli canlı efirdən bütün Azərbaycan xalqını, “Qarabağ” FK-nu təbrik edib və bunun onlar üçün inanılmaz bir qələbə olduğunu qeyd edib. “A24.az” sözügedən videonu təqdim edir:

Read More »

Nax­çı­va­nın təh­lü­kə­siz­lik mə­sə­lə­si BMT tri­bu­na­sın­da

Tür­ki­yə pre­zi­den­ti­nin Ba­kı sə­fə­ri­nin ar­dın­ca Nyu-York­da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan BMT Baş As­samb­le­ya­sı­nın top­lan­tı­sı­na qa­tıl­ma­sı və bu fon­da Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin ses­si­ya çər­çi­və­sin­də eh­ti­mal edi­lən gö­rü­şü ilə bağ­lı da­nı­şan sa­biq döv­lət mü­şa­vi­ri Qa­bil Hü­seyn­li ma­raq­lı açıq­la­ma ve­rib: “BMT tri­bu­na­sın­da Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si­nə ye­ni­dən müx­tə­lif as­pekt­lər­dən və iki döv­lə­tin or­taq stra­te­ji­si ba­xı­mın­dan ya­na­şıl­ma­sı prob­le­min həl­li­nə mü­hüm töh­fə­lər ve­rə bi­lər”. …

Read More »

“Qalatasaray”dan “Qarabağ”a təbrik: QÜRUR DUYDUQ!

Türkiyənin “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ” futbol klubunu təbrik edib. Trend-in məlumatına görə, U.Aküzüm “Facebook” səhifəsində yazıb: “Baba yurdumun komandası “Qarabağ Ağdam”la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm”. Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Kopenhagen” komandasına 2:1 hesabı ilə məğlub …

Read More »

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Read More »

Vətəndaşların “Qarabağ” sevinci: “Real”ı, “Barselona”nı Bakıya gözləyirik” VİDEOSORĞU

Ötən gün Qarabağ Azərbaycanın futbol tarixində bir ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Klubumuz Danimarkanın “Kopenhagen” komandası ilə səfər matçında 2:1 hesabı ilə məğlub olub. Lakin iki oyunun nəticəsinə görə Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilib. Bu qələbə ölkə ərazisində, xüsusən də paytaxt Bakıda böyük sevinc və təntənə ilə qarşılanıb. Musavat.com-un müxbiri “Qarabağ”ın qələbəsi ilə …

Read More »

Prezident: ““Qarabağ”ın qələbəsi təkcə idman qələbəsi deyil, bunun böyük mənası var”

“Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Tarixi qələbə münasibətilə hamınızı ürəkdən təbrik edirəm”. APA-nın xəbərinə görə, bu sözləri “Qarabağ” futbol komandasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib. O bildirib ki, komanda Azərbaycan xalqına qələbə sevinci bəxş edib: “Gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, …

Read More »

“Qarabağ”ın tarixi uğuru Bakıda coşqu ilə qeyd olunur

Boyukmillet.com-un məlumatına görə, şəhər sakinləri Azərbaycan bayraqları ilə mərkəzi yerlərə toplaşaraq komandanın Çempionlar Liqasının qrup mərhələsinə keçməyinin sevincini yaşayırlar.           

Read More »