Cümə , 26 Aprel 2024
Drone Cameras

DAK Qurban bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir!

Bu gün islam dünyası Qurban bayramını qeyd edir.

İslamın 2 əsas bayramından biri olan Qurban Həcc ibadətinin sonunda qeyd olunur. Əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə Qurban bayramı bu il sentyabrın 12-nə təsadüf edir.
Qurban kəsmə adətinin çox qədim tarixi var. “Qurani-Kərim”də verilən məlumatlara görə, ilk qurban kəsmə adəti Hz. Adəmin dövründən başlayır. Adəm peyğəmbərin övladları Habil və Qabil arasında yaranan bir mübahisənin nəticəsində Allah onlara qurban kəsməyi əmr etdir. Habil və Qabil öz heyvanlarının içərisindən bir qurban seçərək, Allaha qurban kəsmək üçün gətirirlər. Allah Habilin qurbanını qəbul edir. Çünki Allaha layiq qurbanı seçməkdə Habil daha səmimi davranır, öz sürüsünün ən yaxşı qoçunu seçir. Bizim bu gün həyata keçirdiyimiz qurban adətinin tarixi belə başlayır.

Bu hadisə haqqında “Qurani-Kərim”in “Saffat” surəsində məlumat verilir. O məlumata əsasən, İbrahim peyğəmbər Allaha bir övladının olmasını üçün dua edir, Allahla əhd kəsir ki, əgər bu duası qəbul olunarsa, o həmin övladını Allaha qurban edəcək. Allah sevimli peyğəmbərinin bu istəyini yerinə yetirir, ona oğul verir, İsmayıl dünyaya gəlir. Lakin rəvayətlərə görə, İbrahim peyğəmbər Allaha verdiyi əhdi unudur, müəyyən vaxt keçməsinə baxmayaraq, oğlunu qurban etmir. Hz. İbrahim bir gün yuxuda görür ki, oğlunu Allaha qurban edir və əhdini xatırlayır. Oğlu İsmayıla məsələni açıb deyir, onun fikrini öyrənir. Oğlu da cavabında atasına bildirir ki, Allah nə əmr edirsə, onu yerinə yetir, gör mən necə səbir edənlərdən olacağam. Beləcə ata və oğul Allahın əmrinə böyük təslimiyyətlə tabe olur. Lakin mərhəmətli Allah peyğəmbərə qurban kəsməsi üçün qoç göndərir və Hz. İbrahimə oğlunu deyil, qoçu qurban kəsməsini buyurur.

Qurban ibadəti islama hicrətin ikinci ilində daxil olub. Allah “Qurani-Kərim”in “Kovsər” surəsində müsəlmanlara namaz qılmağı və qurban kəsməyi əmr edir.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir! Kəsilən qurbanlarınız qəbul olsun! Həmsədrlər bütün türk və müsəlman dünyasına əmin-amanlıq və sülh diləyir!

DAK Mətbuat Xidməti

DAK.az

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir